Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib.
Mən burdayam, İlahi! | |
---|---|
Janr |
döyüş müharibə |
Rejissor | Qulu Əsgərov |
Prodüser | Həsən Axundov |
Ssenari müəllifi | Nicat Dadaşov |
Baş rollarda |
Rasim Cəfərov Günay Həsən Aygün Əlipənahova |
Operator | Vasif Vəlizadə |
Bəstəkar | Rasim Məmmədov |
Rəssam | Ziya Dolxanov |
İstehsalçı | Cineart Group |
İlk baxış tarixi |
27 Sentyabr 2023 Alov qüllələri |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2023 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.
Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.