Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).[1]
Ayşad Məmmədov | |
---|---|
Ayşad Kamal oğlu Məmmədov | |
Doğum adı | Ayşad Kamal oğlu Məmmədov |
Doğum tarixi | |
Doğum yeri | Mərdəkan, Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | İlqarə Tosova |
Uşaqları |
Harun, Mələksima, Sonbahar |
Atası | Kamal Məmmədov |
Anası | Mələksima Əliyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1982-ci ildən |
Təhsili | |
İstiqamət |
teatr kino |
Mükafatları | |
IMDb | ID2948615 |
Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.
Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C.Cabbarlı "Aydın"), İsgəndər (C.Məmmədquluzadə "Ölülər"), Təlxək (M.F.Axudov "Ox və hədəf"), Kral (Q.Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 7 may 2020-ci ildə[5], 7 may 2021-ci ildə[6], 10 may 2022-ci ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[9][10] 7 avqust 2017-ci ildə Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında "İuda" tamaşasındakı İuda roluna görə mükafat və diploma layiq görülüb.[11]