Nicat Dadaşov

Nicat Sahib oğlu Dadaşov (30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. "Xənnas", Nazik Mətləb", "Xəzərin üzərində yelləncək" filmlərinin, "Ögey ana", "Könül yarası", "Məryəm", "Sarı gəlin" televiziya seriallarının müəllifidir. "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır.

Nicat Dadaşov
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Ssenarist, yazıçı
IMDb ID10095876
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. İkinci təhsil olaraq Rüstəm İbrahimbəyovun Kino məktəbində - Dramaturgiya fakultəsini bitirib.

Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir.

N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub.[2]

2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Böyük qayıdış” qısametrajlı filmlər müsabiqəsində “Hasar” filmi ilə qalıb olub.

2022 ildə isə Nazirliyin - Tammetrajlı filmlər layihəsində “Əlvida, Noyabr!” ssenariləri ilə avqust ayında isə Azərbaycan kinostudiyasının  “Azərbaycanfilm – 100” ssenari müsabiqəsində “Zirzəmi” adlı ssenari ilə qaliblər sırasında olub.

  1. İkinci bahar (serial, 2014) (ssenari müəllifi)
  2. Məryəm (teleserial, 2016) (ssenari müəllifi)
  3. Xənnas (tammetrajlı film, 2017) (ssenari müəllifi)
  4. İki yad adam (qısametraflı film, 2017) (ssenari müəllifi)
  5. Ögey ana (serial, 2017) (ssenari müəllifi)
  6. Aktyor (qısametrajlı film, 2017) (ssenari müəllifi)
  7. Sarı gəlin (serial, 2017) (ssenari müəllifi)
  8. Sükut (qısametrajlı film, 2018) (ssenari müəllifi)
  9. Könül yarası (serial, 2018) (ssenari müəllifi)
  10. Qara yazı (teleserial, 2019) (ssenari müəllifi)
  11. Nazik Mətləb (tammetrajlı film, 2021) (ssenari müəllifi)
  12. Xəzərin üzərində yelləncək (tammetrajlı film, 2022) (ssenari müəllifi)
  13. Hasar (qısametrajlı film, 2022) (ssenari müəllifi)
  14. Mən burdayam, İlahi!
  1. ""İki yad adam" filmi Çində mükafatlandırıldı". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  2. "Kinematoqrafçılar ittifaqı ssenari müsabiqəsinin qaliblərinin adlarını açıqladı". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]