Mənim Ağ Tarlam (1977)

Muğan. Zəminə Aslanovanın briqadası. Bu briqada necə deyərlər, dağı dağ üstə qoyaraq əmək cəbhəsində əsl hünər göstərir.

Mənim ağ tarlam
Janr sənədli film
Rejissor Nazim Dadaşov
Ssenari müəllifi Əhmədağa Muğanlı
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1977
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr SSRİ SSRİ
İl 1977
Texniki məlumatlar 2 hissə
404 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun briqadasından, bu briqadanın başçısı, respublikada məşhur olan pambıqçı, SSRİ Dövlət mükafatı laureatı Z.Aslanovadan söhbət açılır. Burada Azərbaycan pambıqçılarının özbək həmkarları ilə səmimi görüşü və yarışı, komsomolçu-gənclər briqadasının qayğıları, briqada üzvlərindən birinin toy mərasimi öz əksini tapmışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Əhmədağa Muğanlı
Rejissor: Nazim Dadaşov
????: F.Hacıyev
Səs rejissoru: Ramiz Bağırov
????: S.Əkbərova
????: N.Qurbanov