Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Mərdan Mehdizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göybulaq, Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 1997—2020 |
Rütbəsi | Baş miçman |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
|
Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]