Mərkəzi Asiya İqtisadi Birliyi (1993–2005) — Mərkəzi Asiya regionunda inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə yaradılmış İqtisadi İttifaq.
Mərkəzi Asiya inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə 24 sentyabr 1993-cü ildə imzalanmış İqtisadi İttifaq yaradılması haqqında müqavilə əsasında Mərkəzi Asiya İqtisadi Birliyi yaradılmışdır. 1994-cü ilin yanvarında Qazaxıstan və Özbəkistan arasında "Vahid iqtisadi məkan yaradılması haqqında" müqavilə imzalandı. 1994-cü ildə bu müqaviləyə Qırğızıstan, 1998-ci ildə isə iki ildən artıq müşahidəçi statusunda olan Tacikistan qoşuldu. 2011-ci ilin yanvar ayından belə bir status Türkiyə, Gürcüstan və Rusiyaya verilmişdir.
Mərkəzi Asiya İqtisadi Birliyinin işçi orqanı – İcraiyyə Komitəsinə malik Dövlətlərarası Şuradır. Dövlətlərarası Şuranın tərkibində baş nazirlər, xarici işlər və müdafiə idarələri rəhbərləri, şuraları fəaliyyət göstərir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində 1994-cü ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı yaradıldı. Bank vasitəsilə hesablaşmalar dönərli valyuta, milli valyuta və Bank Şurası tərəfindən müəyyən olunmuş tərəflərin qarşılıqlı hesablaşmaları əsasında valyutanın məzənnələri ilə həyata keçirilir.
2001-ci ilin yanvarında keçirilən Almatı sammitində bu planın həyata keçirilməsi üçün ilk addımlar atmağa cəhd edildi: Mərkəzi Asiya İqtisadi Birliyinin iqtisadi forumu yaradıldı; Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və elm və texnika sahəsində əməkdaşlıq məsələlərinə baxıldı; terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə birgə səylər müəyyən edildi. Regional mətbuatda görülmüş işləri qiymətləndirəndə bu təşkilatın məqsədəuyğunluğu və effektivliyi barədə şübhələr dilə gətirilir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində qəbul edilən 254 qərarın əksər hissəsi yerinə yetirilmir. İqtisadi inteqrasiya ağır gedir, amma ikitərəfli razılaşmalar daha effektivdir. Buna baxmayaraq, ölkələrin siyasi liderləri inteqrasiyanın vacibliyini etiraf edir və konkret addımlar atırlar.
2001-ci ilin dekabrında Daşkənd görüşündə dörd dövlətin başçıları tərəfindən Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Təşkilatının bazasında Mərkəzi Asiya Əməkdaşlığı Təşkilatı yaradıldı.
2005-ci ilin oktyabrında Mərkəzi Asiya İqtisadi Birliyinin Şurasının Sankt-Peterburqdakı iclasında Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi ("EvrAzES") vahid strukturda birləşməsi haqqında qərar qəbul edildi.