Məryəm Babayeva (tam adı: Babayeva Məryəm Şaqi qızı) — ADMİU-nun Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim.[1]
Məryəm Babayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vətəndaşlığı | SSRİ↔ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | vokal musiqi sahəsində elmi-pedaqoji |
Fəaliyyət illəri | 1981-ci ildən bugünə qədər |
Janr | vokal |
Musiqi aləti | fortepiano |
Təhsili |
Sumqayıt Musiqi Texnikumu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası |
Mükafatları |
Azərbaycan Respublikasının əməkdar müəllimi “Qızıl qələm” "Ustad sənətkar" |
Məryəm Babayeva 40 proqramın, 3 dərs vəsaiti, 2 metodiki vəsaitin və bir çox məqalənin müəllifidir.
Məryəm Babayeva 8 dekabr 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Məryəm Babayeva ilk musiqi təhsilini 1977-1981-ci illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda almışdır. O, ali təhsilini 1983-1988-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tamamlamışdır.[1]
Məryəm Babayeva ilk əmək fəaliyyətinə 1981-ci ildə Salyan musiqi məktəbində başlamış və 1983-cü ildən Sumqayıt şəhər 3 saylı musiqi məktəbində davam etdirmişdir. O, 1988-2001-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində müxtəlif tədris müəssisələrində işləməklə yanaşı, 1996-1998-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasında görkəmli musiqişünas alim V.V.Yemelyanovun Vokal-yaradıcılıq laboratoriyasında təhsilini davam etdirmişdir.
28-31 mart 2016-cı il tarixlərində R.M.Qlier adına Kiyev Musiqi İnstitutunda, 14.12.2022-ci il tarixində ADMİU nəzdində olan Humanitar Kollecdə Məryəm Babayevanın ustad dərsləri keçirilmişdir.
2001-2002-ci illərdə Sumqayıt Musiqi Texnikumunda, 2002-2008-ci illərdə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbində vokal sinfində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2006-2007-ci təhsil ilindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, 2016-cı ildən "Estrada sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.[1]
2007-2013-cü illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc vokalçıların yetişdirilməsində böyük əmək sərf etmişdir.
2004-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında "Muğam (xanəndə)" kafedrasında, 2014-2016-cı illərdə “Milli vokal” kafedrasında dosent vəzifəsində çalışmışdır.
Məryəm Babayeva 2011-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur, 2013-cü ildə Ali Attestasiya Komissiyasının qərarına əsasən dosent elmi adına layiq görülmüşdür.
Məryəm Babayeva böyük sənətkar Rəşid Behbudovun yaradıcılığına həsr edilmiş "Rəşid Behbudovun ifaçılıq üslubu milli və klassik vokal ənənələrinin sintezi kontekstində" adlı ilk tədqiqat işinin, "Rəşid Behbudovun sənətkarlığı" adlı dərs vəsaitinin, "Kamera-konsert ifaçılığında səsin inkişaf mərhələləri" adlı metodik vəsaitin, vokal ifaçılığına dair 40 tədris proqramının və bir çox elmi-nəzəri məqalənin müəllifidir.[1]