Mərzifon

Mərzifon (türk. Merzifon, yun. Μερζιφούντα) — Türkiyənin mərkəzi Qara dəniz regionunda, Amasya vilayətində şəhər və rayon. Sahəsi 970 kv. metkilor (370 kv. mil) qədərdir və 2020-ci ildə əhalisi 73,849 nəfər olmuşdur. Onlardan 57,900-ü Mərzifon şəhərində, qalanları isə ətraf kəndlərdə yaşayır.

Mərzifon
40°52′18″ şm. e. 35°27′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 750 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 71.916 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 358
Poçt indeksi 05300
Digər
merzifon.bel.tr
Xəritəni göstər/gizlə
Mərzifon xəritədə
Mərzifon
Mərzifon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının keçmiş variantlarına Mərzifun, Mərsivan, Mərsovan, Mərsivan, Mərsuvan, MərzpondMərzban daxildir. Şəhəri adı pəhləvi dilindəki "mərzban" sözündən gəlir, mənası "sərhəd qoruyanlar" deməkdir. Alim Özxan Öztürk iddia edir ki, adın orijinalı "Mərsıvan"dır və "sərhəd şəhərciyi" deməkdir.[2]

Düzənlik ərazidə yerləşən Mərzifon yaxınlığından çay keçir. Şəhər Ankara ilə Samsun arasında, Qara dəniz sahilində, Samsundan 109 kilometr (68 mil), Ankaradan 325 kilometr (202 mil) və Amasya şəhərindən 40 kilometr (25 mil) qərbdə yerləşir. Hava qışda mülayim soyuq, yayda isti olur.

Arxeoloji sübutlar ərazini əhatə edən əkin sahəsinin daş dövründən ən azı e.ə. 5,500-cü ildən məskunlaşdığını göstərir. İlk istehkamlar e.ə. 1200-cü ildə yaxınlıqdakı Qara dənizdən gələn işğalçılar tərəfindən sıxışdırılmış hetlər tərəfindən tikilmişdir. Frigiyalılar e.ə. 700-cü ildən etibarən burada istehkamlar, kurqanlar və digər memarlıq nümunələri qoymuşdur. E.ə. 600-cü ildən frigiyalılar Qafqaz dağlarından gələn kimmerlər tərəfindən sıxışdırılmışdır. Bu dövrə aid qəbirlərin içindəkilər Amasyadakı muzeydə nümayiş etdirilir. Mərzifon daha sonra paytaxt Amasyadan Qara dəniz sahillərinə nəzarət edən Pont çarlarının ticarət məntəqəsinə çevrilmişdir.

Merzifonda tarixi məkanın küçə görünüşü

Roma və Bizans

[redaktə | mənbəni redaktə et]

Romalıların daxili müharibələri zamanı Amasya rayonu dağıdılmış və imperator Adrianın əmri ilə bərpa edilmişdir. Mərzifondan Roma məbədlərinin qalıqları da bu gün Amasyada nümayiş etdirilir. Roma hakimiyyəti dövründə burada divarlar və istehkamlar möhkəmləndikcə şəhərin əhəmiyyəti artmış və Bizans hakimiyyəti dövründə güclü bir şəhər kimi qalmışdır. Mərzifon VIII əsrdə ərəb yürüşləri zamanı ərəb orduları tərəfindən tutulmuşdur. Bu dövrdə müdafiə məqsədləri üçün "Bulaq" qalası tikilmişdir.

Türkiyə Respublikası

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının dağılmasından sonra iğtişaşlar davam etmişdir. Britaniya qoşunları təslim olma şərtlərini təmin etmək üçün keçmiş Osmanlı torpaqlarına yerləşdirilmişdir. Britaniya qoşunları tezliklə geri çəkilmiş və Mərzifonda iğtişaşlar davam etmişdir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Özhan Öztürk. Pontus: Antik Çağ’dan Günümüze Karadeniz’in Etnik ve Siyasi Tarihi. Genesis Yayınları. Ankara, 2011. p.440. ISBN 978-605-54-1017-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]