Məsud Kimyayi

Məsud Kimyayi (fars. مسعود کیمیایی‎; 29 iyul 1941, Tehran) — İran rejissoru, ssenaristifilm prodüseri. O, İran yeni dalğasının rejissorlarından sayılır.

Məsud Kimyayi
Doğum tarixi 29 iyul 1941(1941-07-29) (83 yaş)
Doğum yeri
Həyat yoldaşı
Fəaliyyəti kinorejissor, ssenarist, montajçı[d], tərcüməçi, yazıçı
Fəaliyyət illəri 1968-ci ildən
Təhsili
IMDb ID0453953
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kimyyai karyerasına 1968-ci ildə "Qəribə gəl" filmi ilə debüt etmiş, rejissor köməkçisi kimi başlamışdır. İkinci filmi "Qeysər" (1969) ilə o, İran kino sənayesində tarixi dəyişikliyə səbəb olmuşdu. Film kassada böyük uğur qazanmaqla yanaşı, daha əvvəl sənayedə şansı olmayan bir çox gənc və istedadlı rejissorların da yolunu açmışdı. Onun filmləri çox vaxt cəmiyyətdə marginallaşmış insanlar haqqında olur və filmin sonunda antiqəhrəmanlar ölür.

O, adətən ssenarilərini özü yazır və ənənəvi adi xalq dialektləri əsasında jarqon dialoqları ehtiva edir. İranda keçirilən festivallarda aldığı bir çox mükafatlardan başqa o, yeganə beynəlxalq mükafatını Berlin Film Festivalında almışdır.[1]

  1. "Berlinale: 1991 Prize Winners". berlinale.de. 2013-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]