Mətləb Muradov

Muradov Mətləb Müseyib oğlu - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Mətləb Muradov
Mətləb Müseyib oğlu Muradov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sonasar, Laçın rayonu
Vəfat tarixi
Vəfat yeri Ağdaban, Kəlbəcər rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Mətləb Muradov 1966-cı ildə Laçın rayonunun Sonasar kəndində dünyaya gəlib. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt Politexnik Texnikumuna daxil olub. 1985-1987-ci illərdə hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Laçın rayon Pols şöbəsində işə qəbul olunub. Laçın rayonunun işğalı ərəfəsində rayonun şimal-şərqində yerləşən kəndlər, həmçinin "Qazıqəbri", "Yazi düzü" uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 13-də Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən döyüşdə şəhid olub.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Subay idi.

Mənbə[redaktə | mənbəni redaktə et]