Məxməri gərməşov

Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür.

Məxməri gərməşov
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir. Toxumu yumurtavari, qonur tamamilə örtüklə əhatə olunmuşdur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

May-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Tozlanması entomofildir. Mikrofanerofitdir. Toxum vasitəsilə və vegetativ üsulla çoxalır. Dəniz səviyyəsindən 1800 m yüksəkliyə kimi olan işıqlı meşələrdə, dağ yamaclarında və dərələr boyunca bitir, orta dağ qurşaqlarınadək qalxır. Seyrədilmiş meşələrdə, meşə kənarında, kollar arasında, dağ yamaclarında və vadilərdə dağınıq halda bitir. Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadə olunur. Yarpaqlarında alkaloidlər vardır. Kök qabığındakı kauçukabənzər maddələrin miqdarı 5-7%-dir.

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

İran və Оrta Asiyada təbii yayılma sahəsi vardır. Azərbaycanda yayılması: İsmayıllı-Zaqatala, Lənkəran-Astara, Gədəbəy bölgələrində yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kür-Araz ovalığı, Kiçik Qafqazın mərkəzi və cənub hissəsi (Xocavənd), Böyük Qafqazın qərb (Zaqatala Dövlət Təbiət Qoruğu) və şərq hissəsi (İsmayıllı rayonu — Talıstan kəndi), Lənkəran Muğanı, Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Bürcəli və Rvo kəndləri ətrafı; Lerik rayonu — Hamarat kəndi ətrafı).

Meşə kənarlarında, dağ yamaclarında işıq düşən yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1500–1800 m arasında hündürlüklərədək bitə bilir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yanğınlar və ağacların qırılması nəticəsində bitmə şəraitinin pozulması, təbii bərpanın zəifliyidir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli ParkındaZaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olu