Məzahir İsayev

Məzahir Məhəmməd oğlu İsayev (12 avqust 1958, Bəzirxana, Kəlbəcər rayonu) — texnika elmləri doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri.[1][2][3]

Məzahir İsayev
Məzahir Məhəmməd oğlu İsayev
Doğum tarixi 32.12.1998
Doğum yeri Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı dosent
İş yeri İdarəetmə Sistemləri İnstitutu
Təhsili Azərbaycan Politexnik İnstitutu
isi.az/az/content/108

İsayev Məzahir Məhəmməd oğlu, 12 avqust 1958-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutun "Avtomatika və Telemexanika" ixtisasını bitirərək təyinatla Sumqayıt şəhərində "Neftqazavtomat" Elmi İstehsalat Birliyində mühəndis kimi işə başlamışdır. 1984-cü ildə həmin institutun qiyabi aspiranturasına daxil olmuş və 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, 2006-cı ildən dosentdir. 1995-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələlərində işləmişdir. 1995-ci ildə Bakı şəhərinə "Sənayeavtomatika" İstehsalat Birliyində Xüsusi Konstruktor Bürosuna aparıcı konstruktor vəzifəsinə işə qəbul edilərək 1999-cu ilə qədər həmin müəssisədə işləmişdir. 1999-cu ildən 2000-ci ilə dək Azərbaycan MEA-nın Kibernetika İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələlərində çalışmışdır. 2000-ci ildən 2001-ci ilə qədər Dövlət Əmlak Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir. 2002-ci ildən 2003-cü ilə kimi Azərbaycan MEA-nın Kibernetika İnstitutunda böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən 2009-cu ilə qədər MSK nəzdində "Seçkilər" İnformasiya mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. 2009-cu ildən hal-hazıra kimi Azərbaycan MEA-nın İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri vəzifələrində çalışır, həmçinin institutun Elmi şurasının və Dissertasiya şurasının elmi seminarının üzvüdür. Eyni zamanda 2011-ci ildən hal-hazıra kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya texnologiyaları və sistemmləri kafedrasının dosenti vəzifələrində çalışır. Ailəlidir, üç övladı, iki nəvəsi vardır.[4]

Əmək və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi əsərlərin sayı

[redaktə | mənbəni redaktə et]
  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 102
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 8
  • Respublikada çıxmış elmi əsərlərinin sayı: 20
  • Konfrans məruzələri və tezislər sayı: 23
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 3

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Diferensial təzyiq vericilərinin tətbiqi ilə ilk dəfə SSRİ-nin neft anbarları üçün avtomatik kommersiya hesabı aparan İÖS işlənmiş, onun ölçmə alqoritmləri və informasiya təminatı yaradılmış, "Sənayeavtomatika" İB-də kütləvi istehsal elilərək SSRİ-nin, sonralar isə MDB-nin neft anbarlarında tətbiq edilmişdir.
  2. Kütləvi istehsal olunan diferensial təzyiq vericiləri təzdqiq edilmiş, onların yüksək ölçmə dəqiqliyini təmin edən alqoritmlər işlənib hazırlanmış və tətbiq edilmişdir.
  3. Qeyri-elektrik parametrləri ölçən sistemlər üçün avtomatlaşdırılmış testləşdirmə üsulu və alqoritmi işlənmiş və tətbiq edilmişdir.
  4. Qeyri-xətti çevirmə funksiyalı ölçmə sistemləri üçün optimal test alqoritmləri işlənmiş, tədqiq və tətbiq edilmişdir.
  5. Maye halında olan neft və neft məhsulları terminallarında istismar edilən istənilən formalı və ölçülü çənlərin avtomatlaşdırılmış kalibrləmə sistemi, üsulu və alqoritmi işlənmişdir.
  6. Neft sənayesində kompleks avtomatlaşdırma məqsədilə ilk dəfə korporativ proqram-texniki kompleks işlənmişdir.

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. "Moments Estimation for Hitting Times of Continuous Random Processes with Absorbing Boundaries", "Automatic Control and Computer Sciences", Vol.42, № 6, 2008, pp. 306–310
  2. "Алгоритмическая коррекция погрешности в вибрационно-частотном преобразователе плотности нефтепродуктов", "Датчики и Системы", Москва, 2010, № 4, с.11–13
  3. "Структурно-алгоритмические методы повышения точности измерений", "Проблемы нaфтoгазовоi промисловостi", Научно-исследовательский Институт нефтегазовой промышленности НАК "Нефтегаз Украины", 2010, № 8, с.229–242
  4. "Xam neftin uçot qovşağında çoxsaylı parametrlərin analizi", "Azərbaycan neft təsərrüfatı", Bakı, 2012, № 6, s.57–62
  5. "Моделирование объема нефти в резервуаре с полумарковским процессом при приеме, хранении и отпуске", "Известия Высших Технических учебных заведений Азербайджана", Баку, 2013, № 5(15), с.66–71
  6. "Multiparametric Monitoring in Assessing Integral Voter Characteristics", "AUTOMATIC CONTROL AND COMPUTER SCIENCES", Vol.48, № 5, 2014, pp. 290–295
  7. "Разработка универсальной автоматической системы и алгоритма для калибровки нефтяных резервуаров", "Датчики и Системы", Москва, 2015, № 7 , с.50–55
  8. "Разработка универсальной автоматической системы и алгоритма для калибровки нефтяных резервуаров", "Измерительная техника", Москва, 2016, № 6

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının dosenti.
  • Milli Aviasiya Akademiyasının "Avionika" kafedrasında dosent.
  • ADNŞ-nin nəzdidə Təlim-tədris və sertifikatlaşdırma mərkəzində mühazirəçi.

102 qədər elmi iş çap olunub, o cümlədən:

  1. ГаджиевЧ.М., Исаев М.М. Методы обработки измерений в ИИС определения массы нефтепродуктов в резервуарах. Mонография. Баку. Элм, 2000, 94с.
  2. Исаев М.М., Алиев М.А., БабахановШ.М. Ультразвуковой расходомер с микропроцессорным управлением // Известия НАКA, Том. X, № 1˗2 (10), 2007, с.112˗119.
  3. Isayev M.M. Moments Estimation for Hitting Times of Continuous Random Processes with Absorbing Boundaries // Automatic Control and Computer Sciences. Vol.42, № 6, 2008, pp.306˗310
  4. Исаев М.М. Оценивание математического ожидания и корреляционной функции непрерывного стохастического процесса со сносами и задерживающими экранами // Доклады НАНА, том LXIV, Баку, 2008, № 5, с.24˗29.
  5. Исаев М.М. Методы и средства коммерческого учета нефтепродуктов в потоке. Баку. Издательство "Элм", 2010, 164с.
  6. Исаев М.М., Мехтизаде Э.K. Алгоритмическая коррекция погрешности в вибрационно˗частотном преобразователе плотности нефтепродуктов // Датчики и Системы, Москва, 2010, № 4, с.11˗13.
  7. Мамедов Р.Г., Исаев М.М., Агаев Ф.Г., Мехтизаде Э.K. Структурно -алгоритмические методы повышения точности измерений // "Проблемы нaфтoгазовоi промисловостi", НИИ нефтегазовой промышленности НАК "Нефтогаз Украины", 2010, Вып. 8, с.229˗242.
  8. Исаев М.М., Абдуллаев В.Г. и др. Разработка универсальной автоматической системы и алгоритма для калибровки нефтяных резервуаров // Измерительная техника. Москва, 2016, № 6, с.48˗51
  9. Рзаев Аб.Г., Расулов С.Р., Исаев М.М. Методы и устройство измерения дебита нефти // Автоматизация, телемеханизация и связь в нефтяной промышленности. Москва, 2016, № 1, с.20˗23
  10. Isayev M.M., Abdullayev V.H. və b. Development of a Universal Automatic System and Algorithm for Calibrating Oil Tanks // Measurement Techniques, 2016, Volume 59, Issue 6, pp.623–627
  11. Исаев М.М. О новой разновидности тестовых методов повыше-ния точности измерений / Проблемы получения, обработки и передачи измерительной информации: материалы I Международ. НТКУфим. Гос. авиац. техн. ун-т. – Уфа: РИК УГАТУ, 2017, с.56˗59
  12. Алиев Т.А., Рзаев Аб.Г., Гулиев Г.А., Исаев М.М. и др. Способ и система автоматического регулирования уровня раздела фаз нефти и воды. Евразийский патент,№ 027715 В1, заявка № 201600039, дата выдачи патента: 31.08.2017
  13. Isayev M.M. Ölçmə sistemlərinin dəqiqliyinin yüksəldilməsinin alqoritmik test üsulları. Bakı, "Elm" nəşriyyatı, 2018, 206s.
  14. İsayev M.M. Neft sənayesi üçün idarəetmənin SCADA–MES-ERP səviyyələrinin inteqrasiyasını reallaşdıran proqram-texniki kompleksin işlənilməsi konsepsiyası//Azərbaycan neft təsərrüfatı, Bakı, 2019, № 5, s.36–40.
  15. Rzayev Ab.H., İsayev M.M. və b. Neftin hazırlığı prosesi üçün nəzarət-ölçmə və idarəetmə sisteminin işlənilməsi // Azərbaycan neft təsərrüfatı, Bakı, 2019, № 8, s.32–36.

Və s.

  1. Исаев М.М. "Методы обработки измерений в ИИС определения массы нефтепродуктов в резервуарах", Баку, Издательство "Элм", 2000, 94с., (соавтор Ч.М.Гаджиев)
  2. Исаев М.М. "Методы и средства коммерческого учета нефтепродуктов в потоке", Баку, Издательство "Элм", 2010, 164с.
  3. İsayev M.M. "Ölçmə sistemlərinin dəqiqliyinin yüksəldilməsinin alqoritmik-test üsulları", Bakı, "Elm" nəşriyyatı, 2018, 206c.
  1. "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/İsayev Məzahir Məhəmməd oğlu". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  2. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu/Fəlsəfə doktorları/İsayev Məzahir Məhəmməd oğlu". 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  3. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu/Struktur bölmələri/Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması laboratoriyası". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.
  4. "https://www.kalbajar.com/İsayev Məzahir Məhəmməd oğlu haqqında". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]