Məzarınıza tüpürüm 2 (film, 2013)

Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır.

Məzarınıza tüpürüm 2
ing. I Spit on Your Grave 2
filmin DVD posteri
filmin DVD posteri
Janr kriminal
Triller
Əsas mövzu qisas[d], İnsest
Rejissor Stiven R. Monroe
Ssenari müəllifi Meir Zarçi
Baş rolda Cemma Dalender
Bəstəkar Corey Ellen Cekson
Distribütor Anchor Bay Entertainment[d]
İlk baxış tarixi 25 avqust 2013
Müddət 106 dəqiqə
Gəlir $809
Ölkələr ABŞ ABŞ
Dillər İngiliscə
Bolqarca
İl 25 avqust 2013-cu il
Əvvəlki film Məzarınıza tüpürüm
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Bolqarıstan
IMDb ID2537176

Məzmun[redaktə | mənbəni redaktə et]

Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa.

Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir. Hər şey olduqca normal görünsədə heç də belə deyil. Getdiyi maşının sürücüləri onu qaçırdaraq başına olmazın oyunlarını açırlar.

İndi Keytin yeganə məqsədi həmin adamların əlindən qaçmaq və onlara elədiklərinin əvəzini onlara bir-bir qaytarmaqdır. Bunun üçün lap həddini aşmalı olsa belə, Keytin qısası dəhşətli olacaq.

Rollarda[redaktə | mənbəni redaktə et]

Ad Rol
Cemma Dalender Keyt
Yavor Baharov Qeorqi
Coe Absolom İvan
Aleksandar Aleksiev Nikolay
Meri Stokli Ena
Valentina Pelka Dimov
Georgi Zlaterev Dedektiv Kiril
Piter Silverleaf Valko
Ivan Ivanov Pedestrian
Krasimir Ortakçiyev Polis

Hasilat[redaktə | mənbəni redaktə et]

Film yalnız bir kinoteatrda nümayiş etdirildi və bir həftə ərzində 809 ABŞ dolları qazana bildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]