MDB Oyunları (rus. Игры стран СНГ) — Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci dəfə Belarusun paytaxtı Minskdə keçirilmiş yarışda MDB ölkələrindən əlavə olaraq başqa ölkələr də dəvət edilib. Üçüncü MDB Oyunlarının 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Say | İl | Açılış mərasimi | Bağlanış mərasimi | Ev sahibi şəhər | İştirakçı ölkələr | İdman növləri | Ən yaxşı nəticəsi olan ölkə | İstinadlar |
---|---|---|---|---|---|---|---|---|
I | 2021 | 4 sentyabr | 11 sentyabr | Kazan | 9 | 16 | Rusiya | [1] |
II | 2023 | 4 avqust | 14 avqust | Minsk | 22 | 20 | Rusiya | [2] |
III | 2025 | Gəncə | [3] |
Oyunlarda yaşı 23-dən az olan idmançılar iştirak edə bilərlər, Olimpiya və dünya çempionları da bu şərti ödəyirsə yarışlarda mübarizə apara bilərlər.[4]
Mövqe | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
---|---|---|---|---|---|
1 | Rusiya | 263 | 131 | 109 | 503 |
2 | Belarus | 56 | 110 | 139 | 305 |
3 | Özbəkistan | 51 | 57 | 89 | 197 |
4 | Qazaxıstan | 25 | 49 | 85 | 159 |
5 | Azərbaycan | 25 | 33 | 64 | 122 |
6 | Qırğızıstan | 4 | 18 | 43 | 65 |
7 | Ermənistan | 2 | 7 | 12 | 21 |
8 | Tacikistan | 1 | 10 | 16 | 27 |
9 | Vyetnam | 0 | 5 | 2 | 7 |
10 | Türkmənistan | 0 | 3 | 15 | 18 |
11 | Moldova | 0 | 2 | 11 | 13 |
12 | İran | 0 | 1 | 1 | 2 |
13 | Monqolustan | 0 | 1 | 0 | 1 |
14 | Misir | 0 | 0 | 4 | 4 |
15 | Kuba | 0 | 0 | 1 | 1 |
Ümumi nəticə: 15 | 427 | 427 | 591 | 1445 |