Maçesta (Soçi)

MaçestaKrasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur.

Maçesta
rus.
43°33′07″ şm. e. 39°47′48″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Rayon Soçi (rayon)
Digər
matsesta.info
Xəritəni göstər/gizlə
Maçesta xəritədə
Maçesta
Maçesta
Maçesta xəritədə
Maçesta
Maçesta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir.

1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi.[1] Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı.[2]

10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı.[3] 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi.[4]

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Köhnə Maçesta

[redaktə | mənbəni redaktə et]

Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır. Hidrogen-sulfid bulaqları olan mağaralar bir az kənar tərəfdə yerləşir. Mənşəyinə görə termo-hidro-karst mənşəlidir. Uzunluğu 75 metrdir.[5] Qəzaların qarşısını almaq üçün onlara giriş barmaqlıqlarla bağlanıb. Hidrogen-sulfidin qoxusu ərazinin hər yerində hiss edilir.

Maçesta viaduku

[redaktə | mənbəni redaktə et]

Maçesta çayı üzərindəki viaduk tipli körpü 1936–1938-ci illərdə tikilib. Memarlar V.G.Qelfreyx və V.A.Şçukodur. Körpü Soçi-Maçesta kurortunun yenidən qurulması çərçivəsində layihələndirilmişdir.

Stalinin şəxsi daçası 1937-ci ildə o dövrdə stalinçilərin sevimlisi olan Miron Merjanovun layihəsinə əsasən tikilib. Bu bina Soçinin bütün memearlıq xüsusiyyətlərində və stalinist memarlığından tamamilə seçilir. Evin formasındakı bəzi bucaqların olması o dövrdə rədd edilmiş konstruktivizmə meyillikdir.

İstirahət kompleksinə bir neçə bina daxildir. Ərazinin öz kinoteatrı və Maçesta hidrogen-sulfidli suyu olan hovuzu var. 1959-cu ildən bəri "Yaşıl bağ" sanatoriyası bu binada yerləşir[6]

  1. О дополнении постановления Президиума ВЦИК от 20 .06.1934
  2. Основные административно-территориальные преобразования на Кубани (1793–1985 гг.) / Сост.: А. С. Азаренкова, И. Ю. Бондарь, Н.С. Вертышева. — Краснодар: Краснодарское кн. изд-во, 1986. — С. 97. — 394 с.
  3. "Указ Президиума ВС РСФСР от 10.02.1961 "О расширении территории города Сочи и упразднении Адлерского и Лазаревского сельских районов Краснодарского края"". 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  4. "Решение КИК от 07 апреля 1961 года № 329 «Об изменении административно-территориального деления Адлерского, Лазаревского, Центрального и Хостинского районов города Сочи»". 2021-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  5. "Arxivlənmiş surət". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  6. "Вождь на отдыхе: 5 дач Иосифа Сталина". Газета.Ru (rus). 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.