Maşınqayırma leksikonu

Rezo Əliyevin "Maşınqayırma leksikonu" kitabının üz qabığı

Maşınqayırma leksikonu - ensiklopedik məcmuə olub, maşınqayırma elmini kompleks şəkildə təsvir edir. Kitabda seçilmiş anlayışlar əsas maşınqayırma sahələrini –maşınların layihələndirilməsi və emal texnologiyaları, avtomatlaşdırılmış idarə və layihələndirmə texnologiyaları, ölçmə texnologiyası-onlarla bir başa və ya dolayı yolla əlaqədə olan mexanika, materialşünaslıq, örtükçəkmə, riyazi statistika kimi elm sahələrini də əhatə etməklə, müəyyən materiallar qrupunun (süni materiallar, tekstil) hazırlanması üçün tətbiq olunan xüsusi maşın və texnologiyaları da nəzərə alır. Mətnin tərtibində hər sahədə elmin müassir səviyyəsini əks etdirən ədəbiyyatlardan istifadə olunmuş və kitabın sonunda əlifba sırası ilə verilmişdir. Kitabda bəzi anlayışların izahı zamanı işlədilmiş düsturlarda rast gəlinən parametrlərin vahidləri beynəlxalq satndartlara əsasən göstərilmişdir.

Kitaba ümumilikdə ayrı-ayrılıqda verilmş 1000 söz və söz birləşmələrindən ibarət texniki anlayışlar, həmçinin 1500 cizgi və şəkillər daxil edilmişdir. Ümumi səhifələrin sayı 850-dir. Kitab 2012-ci ildə Bakıda "Appostroff" nəşriyyatında iki hissədə çap olunmuşdur. Azərbaycan dilində bu formada tərtib olunmuş ilk texniki elmi kitabdır.

Kitabın müəllifi: Əliyev Rezo Rəhim oğlu

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. [[1]]
  • Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, II hissə, 2012.423 s.[[2]]