Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — SSRİ futbolçusu, SSRİ idman ustası (1986).
Maşalla Əhmədov | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||
Tam adı | Maşalla Əhməd oğlu Əhmədov | ||||||||||||
Doğum tarixi | 2 iyun 1959 (65 yaş) | ||||||||||||
Doğum yeri | |||||||||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||||||||
Boyu | 174 sm | ||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||
Klub haqqında məlumat | |||||||||||||
Klub | karyerasını bitirib | ||||||||||||
Karyerası | |||||||||||||
|
|||||||||||||
|
Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub.
1977-ci ildən Neftçi Bakı klubunda oynayıb.
XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi[1].
1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.[2]. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb[3].
Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır[3].
Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.[4] Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.[4] Qərardan narazı qalan veteran futbolçu apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.[4] Lakin apelyasiya şikayəti təmin edilməyib. Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.[4]
2015-ci il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.[4] Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.[4]
2017-ci il 30 yanvarda məhkəmə heyəti müşavirəyə yollanıb.[4] Müşavirədən sonra M.Əhmədova hökm oxunub. Hökmə əsasən, M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.[4]