İqor Ponomaryov — Azərbaycanlı futbolçu və futbol mütəxəssisi. Ampluası yarımmüdafiəçidir. Əməkdar idman ustası və Prezident təqaüdçüsüdür.[2]
İqor Ponomaryov | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 24 fevral 1960[1] (64 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
İsveç Azərbaycan |
|||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | karyerasını bitirib | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
24 fevral 1960-cı ildə Bakıda doğulub. Atası İqoru futbola gətirdi, lakin anası buna qarşı idi. Ata oğlunu məşqçi Ələkbər Cəfərova yazdırmaq istədi, amma onun bütün qrupları artıq dolmuşdu. Ona Vaqif Axundova müraciət etməyi tövsiyə etdilər, o da İqorun ilk məşqçisi oldu.[3] İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Karyerasının çox hissəsini Bakı "Neftçi"də keçirib. 1982-ci ildə MOİK-in tərkibində hərbi xidmət keçdi və 1989-cu ildə İsveçin "Norrçyopinq" klubunda yarım mövsüm oynadı, onunla ölkə çempionu oldu, ancaq zədə səbəbindən karyerasını vaxtından əvvəl bitirmək məcburiyyətində qaldı. İqor 24 dəqiq yerinə yetirilən penalti ilə ardıcıl olaraq həyata keçirilən penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusudur. Cəmi 34 penaltidən 31-i dəqiq reallaşdı. Futbolçunun fikrincə, onun uğurunun açarı onun soyuqqanlılığı, hisslərinə hakim ola bilməsi və əsəblərinin güclü olması idi.[3]
Karyerasını başa vurduqdan sonra İsveçdə yaşayıb. İsveçin kiçik liqa komandalarını çalışdırdı. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib[4].
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. 24 fevral 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Hazırda 2018-ci ildən bəri Azərbaycanın "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür. 2021-ci ildən həm də "Sabah"ın idman direktoru təyin olunub.[5] 2019-cu ildə və 2024-cü ildə müvəqqəti olaraq klubun baş məşqçisi işləyib.[6]