Çapal[3][4] (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu.
Çapal | |
---|---|
azərb. Çapal, gürc. მაშავერა | |
Ölkə | |
Vilayət | |
Şəhər | |
Mənbəyi | Qaraağac silsiləsi |
• Yüksəkliyi | 2 125 m |
Mənsəbi | Anaxatır |
• Yüksəkliyi | 383 m |
Uzunluğu | 66[1] |
Su sərfi | 7.78 m³/san |
Su hövzəsi | Xəzər |
Hövzəsinin sahəsi | 1 390[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.HGYO) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.HGYO) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur. Uzunluğu 66 km, hövzəsinin sahəsi 1390 km², düşməsi 1740 metr, meylliyi 1.5°-dir. Ən bolsulu vaxtı mart-aprel, ən azsulu vaxtı dekabr-yanvar aylarında olur. Orta sululuğu 7.78 m³/san. təşkil edir. Əsas qolları Xaçınlıçay və Dələver çaylarıdır.
Suvarma əkinçiliyi məqsədləri üçün çayın suyundan geniş istifadə olunur. Çaydan öz mənbəyini götürən çoxsaylı arxlar mövcuddur.