Maastrix sazişi

Maastrixt sazişiAvropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir.

Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi BankıAvropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir.

Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər.

Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir.

Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.

Birinci mərhələ (1 iyul 1990 – 31 dekabr 1993) iqtisadi və valyuta ittifaqının, o cümlədən hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tuturdu. Xüsusilə, ölkələrin iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi gedir, inflyasiya tempi aşağı salınır, büdcə kəsirləri azaldılır, valyuta məzənnələri stabilləşdirilir, dövlət maliyyələşməsi sağlamlaşdırılırdı. Bu illərdə valyuta məhdudiyyətlərinə tam son qoyuldu, kapitalın ittifaq daxili və üçüncü ölkələrlə sərbəst hərəkəti başladı. Bu tədbirlər avronun vahid valyuta kimi tətbiqinə hazırlıq idi.

İkinci mərhələ (1 yanvar 1994 – 31 dekabr 1998) avronun tətbiqini yaxınlaşdırmaq üçün Avropa İttifaqı üzvlərindən daha konkret tədbirlər tələb edirdi. Artıq qeyd edildiyi kimi, Avropa Valyuta İnstitutu 1998-ci ildə fəaliyyətə başladı. O, milli hökumətlərdən və milli hökumətlərdəki Avropa orqanlarından asılı deyildi. O, avronun buraxılmasından əvvəl lazımi hazırlığı görməli idi. İşlərin nəticələri: milli Mərkəzi banklar arasında əməkdaşlıq gücləndi; Avropa İttifaqı ölkələri arasında valyuta siyasəti uzlaşdırıldı, Avropa İttifaqı çərçivəsində valyutaların dəyişməsinə etibarlı nəzarət, valyuta tənzimlənməsi və ödəniş sistemi yaxşılaşdı, Avropa Mərkəzi Bankının yaradılmasına zəmin hazırlandı (hüquqi, təşkilati və maddi-texniki). Dövlət müəssisələrinin mərkəzi bankları tərəfindən maliyyələşdirilməsini, dövlət borclarının mərkəzi banklarına ötürülməsini tənzimləyən (qadağan edən), mərkəzi bankların dövlətdən asılılığını aradan qaldıran qaydalar qəbul edildi.

Beləliklə, Avropa Valyuta İnstitutu Avropa Mərkəzi Bankının yaradılması üçün əsas oldu. 1998-ci ildən fəaliyyətə başlayan Avropa Mərkəzi Bankının əsas məqsədi qiymətlərin stabilliyini və müvafiq olaraq vahid valyutanı qorumaq idi.

Üçüncü mərhələ - (1999-2002) vahid valyuta olan avroya keçidi nəzərdə tuturdu. 1 yanvar 1999-cu ildən Avropa İttifaqı üzv ölkələrinin milli valyutalarına münasibətdə avronun sabit kursu müəyyən edildi və avro ümumi valyuta elan edildi. 2002-ci ilədək milli valyutalar paralel işləndi. 1 yanvar 2002-ci ildən avro banknotları və sikkələri buraxılmağa başlandı və yerli valyutaları əvəz etdi. 2002-ci ilin iyulunda üzv-l dövlətlərin təsərrüfatlarının vahid valyutaya keçidi başa çatdı.

Avropa mərkəzi banklarının sistemi işə başladı. Ona Avropa Mərkəzi Bankı və avrozona ölkələrinin mərkəzi bankları daxil idi. Avropa mərkəzi banklarının sisteminin məqsədlərinə daxildir:

• Avropa İttifaqı ölkələrində vahid valyuta siyasətinin yürüdülməsi;

• Avronun digər dünya valyutalarına münasibətdə məzən- nəsinin saxlanması;

• İttifaq ölkələrinin xarici ehtiyatlarından istifadə;

• Avrozonada beynəlxalq ödəniş sisteminin işləkliyini təmin etmək;

• Avro banknotlarının buraxılışını idarə etmək;

• Hər bir mərkəzi bankın emissiya kvotasını müəyyən etmək;

• Ümumavropa maliyyə sisteminin stabilliyini təmin etmək üçün Avropa İttifaqı maliyyə institutlarına nəzarət.

Dördüncü mərhələ - 2003-cü ildən başladı və iqtisadi valyuta ittifaqının valyuta sisteminin inkişafı üçün yeni istiqamətlər müəyyən edir. Avronun tətbiqi iqtisadi və valyuta ittifaqında olan dövlətlər arasındakı əlaqələri və qarşılıqlı asılılığı artırmalı, onların valyuta və iqtisadiyyat üzrə hərəkətlərini regiondakı əsas tərəfdaşları ilə koordinasiya etməyə sövq etməlidir.

Avronun tətbiqi beynəlxalq maliyyə-kredit münasibətlərinin iştirakçısı və beynəlxalq təşkilatların üzvü kimi Azərbaycan Respublikasının da beynəlxalq valyuta-maliyyə münasibətlərinə ciddi təsir edir. Bundan əlavə, Azərbaycan Respublikasının ticarət tərəfdaşlarından bəziləri av- rozona üzvləridir. Azərbaycan Respublikası Mərkəzi Bankı 4 yanvar 2000-ci ildən avronun katirovkasına və Bakı Fond Birjasında avro alqı-satqısına başladı. Təsərrüfat subyektləri və əhali avroda hesab aça, he- sablaşmalar və köçürmələr apara, depozitlər saxlaya, konvertasiya edə və digər əməliyyatlar apara bilərdilər. Azərbaycan bank sistemi nizamnamə kapitalını avroda saxlaya bilər, xarici bank əməliyyatlarını avroda və digər valyutalarda apara bilər.