Narıncı maklyura (lat. Maclura pomifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü.
Narıncı maklyura | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Narıncı maklyura |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Arkanzas, eləcə də Oklahomadan Texasa qədər yayılmışdır.[2] Vətəni Çin, Şimali Amerikadır. 100 ilə qədər yaşaya bilir.
Hündürlüyü 15-20 m, diametri 1 m-ə qədər olan ağacdır, bəzən 2-3 m hündürlükdə kol formalarda da təsadüf olunur. Gövdəsi tünd boz rəngdə olub, üzəri dayaz çatlıdır. Cavan zoğları hamar, bəzən nazik tükcüklərlə örtülmüş, yaşıl rənglidir. Çətiri sıx budaqlı, şar formalıdır. Yarpaqları budaq üzərində spiral formada düzülmüş, 5-10 sm uzunluqda, 3,5 sm enində, tamkənarlı, uc hissəsi neştərvaridir. Əksər hallarda yarpağın forması yumurtavari, bəzən yarımdairəvi, neştər formalarınada təsadüf edilir. Qaidəsi ürəkvarıdır. Yarpaq saplağının uzunluğu 2-3 sm olur. Yarpaqları üst tərəfdən bozumtul-yaşıl rəngdə olub, xırda tükcüklərlə örtülüdür. İkievli bitkidir, erkək çiçəkləri yaşılımtıl rəngli, sırğa və ya şar şəklində olub, hamaş çiçək qrupunda olur. Çiçəkləmə martın II yarısından iyunun axırına qədər davam edir.
Meyvəsi çiçək oxu üzərində olan, çiçəklərdən əmələ gəlmiş şarşəkilli iri meyvədir. Yetişdikdə qızılı-sarı rəng alır. Meyvənin diametri 12-17 sm-ə yaxın olur Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Soyuğa, quraqlığa və küləyə davamlıdır. Münbit torpaqlarda inkişaf edə bilir. Maklyura toxum, kök qələmləri və pöhrələri vasitəsi ilə çoxaldılır.
Abşeronda və Azərbaycanın bir çox rayonlarında, xüsusən Kür-Araz düzənliyində yayılmışdır.
Meyvələri, yarpaqları çox dekorativdir, budandıqda yaxşı forma vermək olur. Maklyura tikanlı və quraqlığadavamlı olduğuna görə çəpər və meşə zolaqlarının salınmasında istifadə edilir. Ağacın oduncaq hissəsi sarı boyaq olaraq işlənir, çox bərkdir, yaxşı cilalanır, çilingər işlərində istifadə edilir.