Madita

Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978[1], Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&Bcaz da daxil olmaqla müxtəlif janrlarda ifa edir.[2]

Madita
bosn. Edita Malovčić
Ümumi məlumatlar
Ləqəbi Madita
Doğum tarixi 21 yanvar 1978(1978-01-21)[1] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni-mahnı yazarı, kino aktrisası
Fəaliyyət illəri 2002-ci ildən
Janr pop musiqisi
madita.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir.[3][4] Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur".[5]

2003-cü il təvəllüdlü bir oğlu var.[6]

Karyerası[redaktə | mənbəni redaktə et]

Aktrisalıq karyerası[redaktə | mənbəni redaktə et]

Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır. Filmin mövzusu Bosniya müharibəsi idi. İlk uğurundan sonra Madita Berlin Almaniyadadır (2001), Soyuq cəbhə (2003), Želary (2003) və Dörd dəqiqə (2006) kimi digər bir çox filmlərdə də rol almışdır. O, həmçinin SOKO Kitzbühel, Müfəttiş ReksMedikopter 117 seriallarında iştirak etmişdir.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Müğənnilik fəaliyyətinə 2002-ci ildə dZihan & Kamien və onların Gran Riserva albomu üçün ifa etdiyi mahnı ilə başlamışdır. İlk solo albomu Madita 2005-ci ildə buraxılmışdır. 2005-ci ilin dekabrında albom həm də iTunes Storeda buraxılmış və "Elektron Albom Parad"ında 3-cü yerə yüksəlmişdi. Aylar sonra albom həm də digər ölkələrdə zirvəyə yüksəlir. Onun ən böyük "endirilmə uğuru" Böyük Britaniyanın Dünya Musiqi iTunes paradında 1-ci yerə çatması idi. 2007-ci ildə həmin albomdakı Seylon mahnısı Güc şəbəkəsində serialında bir epizodda səslənmişdir.

2008-ci ildə Madita Avstriyada Too adlı ikinci albomunu musiqisevərlərə təqdim edir. Albom ABŞ-da 28 mart 2008-ci ildə buraxılır və eyni zamanda iTunes Storeda istifadəçilərin ixtiyarına verilir. İki il sonra doqquz trekdən ibarət Flavours albomunu buraxır. Treklərdən beşi əvvəlki albomlara daxil edilməmişdi, dördü isə remiks idi. Albomun ümumi müddəti 50 dəqiqədir. Gran Depot Music etiketi ilə buraxılmışdır. Albom həm də Maditanın keçmiş və yeni mahnılarından ibarət Madita Deluxe kolleksiyasının tərkibinə daxil edilib.[7]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • 1999: Şimal ətəkləri - Tamara
  • 2000: Disko sirləri
  • 2001: Berlin Almaniyadadır - Ludmila
  • 2003: Soyuq cəbhə - Sandra
  • 2003: Želary - Mari
  • 2005: Yalnız Motsart üçün
  • 2006: Dörd dəqiqə - Traude - gənc
  • 2008: Der Knochenmann
  • 2009: Sümük adam - Anna
  • 2009: Zweiohrküken - Marie
  • 2013: Qan buzlağı - Tanya
  • 2014: Yatdığın yalanlar

Teleseriallar

  • 2000: Medikopter 117, Müfəttiş Reks, Julia, eine ungewöhnliche Frau, Der Briefbomber
  • 2001: Der Ermittler, Medikopter 117, SOKO Kitzbühel, Müfəttiş Reks
  • 2002: Müfəttiş Rolle, Müfəttiş Reks, Medikopter 117
  • 2004: Ein Starkes Team - "Zahn der Zeit", Ein Starkes Team - "Sippenhaft"
  • 2005: Hadisə yeri - "Schneetreiben", Ein Starkes Team - "Zahn um Zahn"
  • 2006: Zodiak
  • 2007: Hadisə yeri - "Der Finger"
  • 2015: Altes Geld
  • 2016: Hadisə yeri - "Im gelobten Land"

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Madita (2005)[8]
  • Too (2008)[9]
  • Pacemaker (2010)[10]
  • Madita Deluxe (2012)[11]
  • Flavours (2012)[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Edita Malovcic // filmportal.de. 2005.
  2. "Ćerka Kemala Malovčića glumi bosansko-srpskog tužioca!". Alo. 26 November 2012. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  3. "Madita, kćerka Kemala Malovčića, pjevačka zvijezda u Austriji". Radio Sarajevo. 17 November 2014. 21 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  4. "Kemalova kćerka Edita Malovčić dobila ulogu u najpoznatijoj seriji u". Express. 26 November 2012. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  5. "ĆERKA KEMALA MALOVČIĆA: Oca se sećam samo po lošem, možda je hteo da mu deca sama rastu!". Kurir. 17 November 2014. 10 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  6. "Ćerka Kemala Malovčića glumi i nemačkoj hit seriji "Mesto zločina"". Svet. 27 November 2012. 29 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  7. "Madita — Madita Deluxe" (ingilis). discogs.com. 2019-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-31.
  8. "Madita". Discogs. 21 October 2005. 7 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  9. "Too". Discogs. 25 January 2008. 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  10. "Pacemaker". Discogs. 19 February 2010. 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  11. "Madita Deluxe". Discogs. 20 January 2012. 7 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
  12. "Flavours". iTunes. 20 January 2012. 3 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]