Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Tofiq İsmayılov |
Prodüserlər |
Əliağa Məmmədov Böyükağa Məmmədov |
Ssenari müəllifi | Tofiq İsmayılov |
Operator | Ziya Babayev |
İstehsalçılar | Cinealliance, Salnamə |
İlk baxış tarixi | 4 oktyabr 2011 |
Filmin növü | sənədli televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır.
Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir.
Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.