Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805[1], Sənəndəc – 1848[1], Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı.
Mahşərəf Ərdəlan | |
---|---|
Doğum tarixi | 1805[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1848[1] |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, tarixçi, xəttat |
Vikianbarda əlaqəli mediafayllar |
Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.[2]
Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur.[2]
İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.[3]