Diplomat (qəzet)

Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet.

Diplomat
Qəzetin rəsmi loqosu.
Qəzetin rəsmi loqosu.
Növ ictimai-siyasi hüquq qəzeti
Format A3
Təsisçi Tahir Süleyman
Baş redaktor Tahir Süleyman
Yaranma tarixi 2003
Dil Azərbaycan dili, kürdcə, türk dili, rus dili
Qiymət 40 qəpik
Səhifə 16
Baş ofis
Ünvan Bakı-40. S.Mehmandarov küç., ev 25, mənzil 17
Ölkə
diplomata-kurdi.com

"Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur.[1] Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur.[2][3] "Diplomat" qəzeti kürd, Azərbaycan, rustürk dillərində çap olunurdu.[1] Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, QırğızıstandaUkraynada yayımlanırdı.[4]

"Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad KarayılanAbdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur.[5][6] Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır.[7] O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir. Qəzetdə kürd liderlərdən alınan müxtəlif müsahibələr dərc olunmuşdur. Azərbaycan mətbuatında dəfələrlə "Diplomat"ın etnik separatizmlə məşğul olduğu iddia edilmişdir.[8] "Diplomat" 2009-cu ildə Türkiyə mətbuatının da diqqətini cəlb etmiş, kürdçülük, müstəqil Kürdüstan və PKK ideyalarını təbliğ etməkdə ittiham olunmuşdur.[9]

2008-ci ildə qəzetin təsisçisi Tahir Süleymanın "ölkə Türkiyənin gününə salına bilər" ifadələri səbəbilə qəzetin Azərbaycan nəşriyyatında çapı dayandırılmış, Tahir Süleyman isə qəzetini dərc etmək üçün Gürcüstanın paytaxtı Tblisi şəhərinə getməyə məcbur olmuşdur.[10] 2012-ci ilin martında Azərbaycan nəşriyyatları yenidən "Diplomat" qəzetini çap etməkdən imtina etmişdir. Tahir Süleyman bildirmişdir ki, Türkiyə səfirliyinin müraciəti əsasında prezident administrasiyası bütün nəşriyyatlara qəzeti dərc etməmək barədə göstəriş vermişdir.[5] Aprel ayında qəzetin nəşri qeyri-rəsmi şəkildə davam etmişdir.[11]

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə 2013-cü ildə qəzet haqqında çıxış etmiş və iddia etmişdir ki, qəzet PKK-nı təbliğ edir.[7] Bundan sonra qəzet kürdlərin Türkiyədəki mübarizəsinə dəstək verdiyi üçün Türkiyə hökumətinin təzyiqi ilə bağlanmışdır.[12]

  1. 1 2 "Ethnic Kurd Among Presidential Hopefuls in Azerbaijan Polls". Rudaw (ingilis). 14 sentyabr 2013. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  2. "İlham Əliyevin İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir". Diplomat (az.). 37 (148). 24–31 dekabr 2011. səh. 1.
  3. "Azerbaijan's Kurds Fear Loss Of National Identity". Azadlıq Radiosu (ingilis). 1 iyul 2011. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  4. "Baş redaktordan". Diplomat (az.). 18 (5). avqust 2005. səh. 1.
  5. 1 2 "THE PUBLICATION OF THE NEWSPAPER DIPLOMAT PROHIBITED". Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ingilis). 13 mart 2012. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  6. "Tahir Süleyman: ""Diplomat" qəzetinin çapına mane olan şəxsin adını tapmışam"". Modern.az. 12 mart 2012. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
  7. 1 2 "Tahir Süleymandan sensasion açıqlamalar". Moderator.az (az.). 12 sentyabr 2013. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  8. "Əhəd Abıyev kürd "Diplomat" - da təbliğat aparır?". Demokratik.az (az.). 9 aprel 2018. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
  9. "Bərzaninin adamları niyə gəlmişdi?". Bizim yol (41). 23 fevral 2009. səh. 4. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  10. "PKK-çılar AZƏRBAYCANI HƏDƏLƏDİ". GünAz TV (az.). 9 oktyabr 2008. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  11. ""Diplomat" qəzeti yenidən Azərbaycanda çap olunmağa başlayıb". Azadlıq (az.). 9 aprel 2012. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  12. "Azərbaycanda yaşayan xalqlarla bağlı dövlət siyasəti niyə dəyişmir?". Mikroskop Media (az.). 20 oktyabr 2021. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]