Mahşərəf xanım Məsturə

Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805[1], Sənəndəc1848[1], Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı.

Mahşərəf Ərdəlan
Doğum tarixi 1805[1]
Doğum yeri
Vəfat tarixi 1848[1]
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, tarixçi, xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.[2]

Mahşərəf xanım Məsturə əsərlərini farskürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur.[2]

İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.[3]

  1. 1 2 3 4 Mah Şeref Xanim Mestûre // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. 1 2 Rəhimova, Zümrüd. "Oxşar taleli iki şairə". Diplomat (az.). 12 (4). sentyabr 2004. səh. 2.
  3. "City of Statues". ISNA. 24 dekabr 2018. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.