Meşə albalısı (lat. Prunus mahaleb) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Meşə albalısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Meşə albalısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb.
Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli, nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalxanvari salxımlarda yığılmışdır. Meyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmeyvədir.
Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir. Kölgəyə, istiyə, rütubətə davamlıdır.
Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naxçıvanda, Talışda təbii halda rast gəlinir.
Bir çox dekorativ formalara malikdir, qrup şəklində qazonlarda və cərgə əkinlərində, yol kənarlarında bəzək bitkisi kimi becərilir.