Abbasova Mahirə Əkbər qızı (1947, Tovuz) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru.
1. AMEA-nın 60 illik yubileyi münasibətilə uzunmüddətli məhsuldar elmi və elmi ictimai fəaliyyətinə görə AMEA Yer Elmləri bölməsi tərəfindən təşəkkürnamə - 2005
2. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı – 2015
Mahirə Abbasova 1947-ci ildə Tovuz şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. "Abşeron regionu toponimlərinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Pedaqoji fəaliyyəti - BDU-nun Coğrafiya fakültəsində toponimikadan seminar kursu.
Digər fəaliyyətləri - 1992-ci ildən Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü.
Toponimik biliklərin təbliği ilə televiziya və mətbuatda vaxtaşırı çıxışları.
Azərbaycan toponimiyasının tədqiqi ilə bağlı regionlar üzrə toponimik lüğətlərin tərtib olunması;
Toponimlərin gələcək nəsillərə çatdırılmasında respublika toponimik fondunun zənginləşdirilməsi;
Toponimik nəticələrin bir çox sahələrdə tətbiqi (Torpaq və Xəritəçəkmə komitəsində, Azərbaycan Milli Ensiklopediyasında, Milli Məclisin yanında fəaliyyət göstərən Toponimiya komissiyasında və s.).
Azərbaycan toponimiyasının öyrənilməsində coğrafi terminlər bir mənbə kimi. (Abşeron regionunun materialları əsasında) Turan stratefik Araşdırmalar Mərkəzi Uluslararası Bilimsel Hakemli mövsimlik sərgi. say 6. Konya: 2010, s.142-146.
О происхождении географических названий Абшеронского региона в общетюркской топонимии (на основе топонимических материалов по Абшеронскому региону) Института Географии. Вопросы Географии и Геоэкологии. Г.Алматы: 2011, №4. c. 93-98.
"Azərbaycanın yurd yerlərinin coğrafiyası" kitabının elmi redaktoru. Bakı: 2015.