Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023).
Mahirə Yaqubova | |
---|---|
Mahirə Mehdi qızı Yaqubova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
aktrisa pedaqoq |
Mükafatları |
Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Pedaqoji fəaliyyəti ilə, elmi yazılarıyla yanaşı Bakı Bələdiyyə teatrında 34 ildən çox müddətdir ki, həm də aktrisa kimi fəaliyyət göstərir. Teatrın repertuarında olan çox dəyərli tamaşalarda baş rollarda çıxış edir. Bundan başqa bir neçə televiziya tamaşasında və filmdə rol alıb.
Teatrda çalışdığı illər ərzində Azərbaycan əsgərləri qarşısında dəfələrlə çıxış edib. Müxtəlif illərdə xarici ölkələrdə kecirilən festivallarda Azərbaycanın təmsilçisi olub. 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı ilə təltif edilmişdir.[1]