Mahmızçiçək sovkası (lat. Chariclea delfinli) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.
Mahmızçiçək sovkası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Mahmızçiçək sovkası |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qanadları açılmış halda 28–32 mm-dir. Ön qanadları bənövşəyi-qırmızıdır, bazal sahə və xarici sahənin içəri hissəsi qonur pulcuqlarla qarışaraq tutqundur. Saçaqları sarımtıldır. Yumuru naxış böyrəkşəkilli naxışın lap yaxınlığında yerləşərək kiçikdir, ətrafı bir qədər solğun bənövşəyi-qırmızı xətlə haşayələnmişdir. Böyrəkşəkilli naxış iri və tutqundur. Arxa qanadları ağımtıldır, enli qonuru-qırmızı haşiyəlidir. Sçaqları ağdır. Qanadların ortasında haşiyəyə yaxın 2 açıq rəngdə ləkə var.[1]
Avropa, Rusiya, Kiçik Asiya, Şimali Afrika, Türkmənistan, Gürcüstanda yayılmışlar. Azərbaycanda isə lokal şəkildə bütün zonalarda ən çox düzən rayonlarda, qismən dağətəyində və dağ səhralığında rast gəlinir.[2]
Düzənlik, səhra, dağ-səhra yerlərin kserofit stansiyalarında. Həyat tərzi ətraflı öyrənilməyib. Kəpənəyi aprelin axırlarından avqustun axırlarına qədər uçur. Tırtılı iyul-avqustda mahmızçiçək, əsvəçiçək, kəpənəkçiçək bitkilərinin çiçəyi və meyvələri ilə qidalanır. Ehtimal ki, pupu qışlayır və ildə iki nəsil verir.[3]