Mahmudəli Çöhrəganlı

Mahmudəli Çöhrəqanlı - publisist, dilşünas, filologiya elmləri doktoru, professor.

Mahmudəli (Çağrı) Çöhrəqanlı
Doğum tarixi (65 yaş)
Doğum yeri Şəbistər, Iran
Vətəndaşlığı İran İran, ABŞ
Milliyyəti Azərbaycanlı
Təhsili Ali
İxtisası filologiya elmləri doktoru
Fəaliyyəti GAMOH
Əsərlərinin dili Azərbaycan türkcəsi
facebook.com/Cehreganli

Həyatı[redaktə | mənbəni redaktə et]

Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. Dissertasiya müdafıə edib PhD elmi dərəcəsini almışdır. Milli azadlıq hərəkatına qoşulduğuna görə işdən çıxarılmış, Təbrizə "sürgün" olunmuşdur. Təbrizdə Tərbiyyət Universitetində ümumi dilçilikdən mühazirələr oxumuş, eyni zamanda elmi məqalələr, monoqrafıyalar üzərində işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi"{Ctn}}, "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır. Azərbaycan Milli Yaradıcılıq Akademiyası onun elmi-pedaqoji xidmətlərinə görə ona filologiya elmləri doktoru elmi dərəcəsi və professor adı vermişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir.[1]

Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:[2]

İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.

Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.[1] 2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır. Bundan dərhal sonra o, bir neçə nəfər tərəfdarları ilə bərabər GAMOH-un bünövrəsini qoymuşdur.

[3][4] Başqa yerlərdəki müsahibələrində Çöhrəqanlı GAMOH-u mühəndis Qulamrza Emani ilə birlikdə 1995-ci ildə Təbrizdə gizli şəkildə yaratdığını bildirmişdir.[5]

Azərbaycana və Türkiyəyə buraxılmaması[redaktə | mənbəni redaktə et]

GAMOH-un fəaliyyətinə görə Çöhrəqanlı İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan və Türkiyə respublikalarına müraciətindən sonra ölkədən deportasiya edilmişdir.[6] O, 2013-cü ildı Türkiyənin Millətçi Hərəkat Partiyası tərəfindən partiyanın qurultayına dəvət edilmiş, lakin hava limanından ölkəyə buraxılmamışdı. 2012-ci ilin dekabrında BBC-ə müsahibə verən Çöhrəqanlı Sabir Rüstəmxanlının İlham Əliyevə onu ölkəyə buraxması müraciət etiyini, lakin nəticənin nə olmasından asılı olmayaraq ölkəyə gələcəyini bildirmişdi. O, 2013-cü ilin 16 avqustunda Bakıda da yaşandı. Oğlu Alparslan Çöhrəqanlı ilə birlikdə Bakı hava limanına gələn Çöhrəqanlı ölkəyə buraxılmadı. Buna gələn reaksiyalardan sonra isə, Yeni Azərbaycan Patrtiyasının nümayəndəsi qərarın siyasi məqsədlərlə edilmədiyini bildirdi. APA-ın yaydığı məlumata görə, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb.[7][8][9]

Lakin 2022-ci ildən etibarən Çöhrəqanlı tez-tez Azərbaycan Respublikasında yerləşən xəbər saytlarında və televiziyalarında yenidən görülməyə başlamışdır.[10][11]

Xarici Keçid[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Mayis Alizade. "Güney Azerbaycan Milli Uyanış Hareketi lideri Çehrekanlı: Fars-Molla rejimi Şiiliği herkese karşı silah olarak kullanıyor". www.indyturk.com. 24 yanvar 2020. İstifadə tarixi: 10 oktyabr 2023.
  2. Shaffer, 2000. səh. 465
  3. "Çehreqanının CAMAH-dan çıxarılması barədə təşkilatın rəsmi qərarı". Archived from the original on 10 June 2002. İstifadə tarixi: 19 may 2023.
  4. Aghazada və başqaları, 2021. səh. 150
  5. "GÜNEY AZERBAYCAN MİLLÎ UYANIŞ HAREKETİ (GAMOH) LİDERİ DR. MAHMUTALİ ÇEHREGANLI İLE SÖYLEŞİ". devlet.com.tr. 5 fevral 2016. İstifadə tarixi: 10 oktyabr 2023.
  6. "GÜNEY AZERBAYCAN MİLLÎ UYANIŞ HAREKETİ (GAMOH) LİDERİ DR. MAHMUTALİ ÇEHREGANLI İLE SÖYLEŞİ". devlet.com.tr. 5 fevral 2016. İstifadə tarixi: 10 oktyabr 2023.
  7. "Mahmudəli Çöhrəqanlı Azərbaycana buraxılmadı". oxu.az. 16 avqust 2013. İstifadə tarixi: 10 oktyabr 2023.
  8. Ahmet Turan Esen. "GAMOH Lideri Çöhreganlı, Bakü'den geri çevirildi". 21yyte.org. 19 avqust 2013. İstifadə tarixi: 10 oktyabr 2023.
  9. İlhamə Qasımlı. ""İcazə versələr də, verməsələr də, Azərbaycana gedirəm"". www.bbc.com. 19 dekabr 2012.
  10. "Mahmudəli Çöhrəqani illər sonra AZTV-yə müsahibə verdi". Qafqazinfo. 5 noyabr 2022. İstifadə tarixi: 10 oktyabr 2023.
  11. "Mahmudəli Çöhrəqanlı: İran, sən elə Arazda boğulacaqsan!". İCTİMAİ TV. 2 noyabr 2022. İstifadə tarixi: 10 oktyabr 2023.