Mahmudəli Çöhrəqanlı

Mahmudəli Babaxan oğlu Çöhrəqanlı (5 mart 1958, Cənubi Azərbaycan) — Pəhləvi sülaləsi dövründə İran Azərbaycanının Şəbistər bölgəsində dünyaya gəlmiş siyasi fəal, publisist, dilşünas, filologiya elmləri doktoru, professordur. Piruz Dilənçi tərəfindən Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatından qovulduqdan sonra o, Güney Azərbaycan Milli Oyanış Hərəkatının əsasını qoymuşdur. Bu hərəkatın məqsədi İranın say etibarilə ikinci etnosu olan[1][a] azərbaycanlıların və ya Azərbaycan türklərinin maraqlarını qorumaqdır.[6]

Mahmudəli Çöhrəqanlı
Doğum tarixi 5 mart 1958(1958-03-05) (66 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi

Çöhrəqanlı Təbriz Universitetində filologiya üzrə professor olaraq fəaliyyət göstərmişdir.[7]

Uilyam O. Beemanın bildirdiyinə görə, Çöhrəqanlə Corc Buş administrasiyası zamanı ABŞ tərəfindən dəstəklənmişdir.[8]

Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi", "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.

Çöhrəqanlı siyasi fəaliyyətə özü tərəfindən açılmış və Azərbaycan türkcəsini öyrədən kursun İran rəsmiləri tərəfindən qapadılmasından sonra başlamışdır. Özü siyasətə başlamadığı tarix olaraq 1995–1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılmasını göstərmişdir.. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir.[9]

İlkk dəfə həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:[10]

İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.

Seçkinin ilk turunda Çöhrəqanlı Təbriz seçki dairəsində aparıcı səs toplayanlar arasında idi və 100 mindən çox səs toplamışdı. Onun adı 1996-cı il aprelin 19-na təyin edilmiş səsvermənin ikinci turuna da qeyd edildi. Onun kompaniyası azərbaycanlılar əleyhinə mədəni diskriminasiyaya əsaslanmışdı. O, Azərbaycan türkcəsinin və mədəniyyəsinin yoxolma təhlükəsi altında olmasından narahatlıq keçirdiyini ifadə edir, azərbaycanlıların da hüquqlarının tanınmasını tələb edir, məktəblərdə ikinci dil kimi ərəb dilinin yox, ana dilinin öyrədilməsini istəyirdi. Çöhrəqanlı İraqa qarşı olan müharibənin veteranı idi və kompaniyasında bunu dilə də gətirmişdi.[7]

19 aprel 1996-cı ilddə Təbriz seçki komitəsi onun adını bülletendən çıxardı. Bu hərəkət Təbrizdə böyük səs küylə qarşılandı və Çöhrəqanlı tərəfindən "inanclı inqilabçı müsəlman" kimi təsvir edilən 40 mindən çox etirazçı şəhərdə etirazlara başladı. Etirazlar zamanı 600 nəfər həbs edildi. Çöhrəqanlı lehinə olan etirazlar rəsmi dairələrin narahatlığına səbəb oldu və 21 apreldə İran Çöhrəqanlı ilə birlikdə onun tərəfdarlarından 40 nəfəri seçki hüququnun pozulması iddiası əsasında gözaltına aldı. Üç günlük sorğu-sualdan sonra həbsdən çıxan doktor Çehregani Human Rights Watch-a bildirib ki, onun həbsi Təbrizdə "qeyri-sabit" vəziyyət yaradıb və azərbaycanlıların siyasi zorakılığa qapılmaması üçün vəziyyəti yüngülləşdirməyə çalışır. O, bildirib ki, bəzi İran rəsmiləri "İran və İslamın sadiq tərəfdarları olan azərbaycanlıları qurban verməkdən çəkinmirlər".[7]

İkinci dəfə həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

15 may 1996-cı ildə İran rəsmiləri dramatik addım ataraq, inqilabdan sonrakı gərgin illərdə tez-tez təkrarlanan bir şəkilə həyata keçirilən, amma artıq unudulan edam metodlarına əl atdı. 21–23 yaş aralığında olan 5 gənc oğlan tikinti kranlarından asılaraq edam edildilər. Hökumət onların narkotik qaçaqmalçılığında ittiham edildiklərini bildirirdi. Doktor Çehregani bildirib ki, açıq edamlar Təbrizdə demək olar ki, hər gün keçirilən küçə etirazlarına soyuq təsir edib. O bildirib ki, "edam olunan gənclərə qarşı irəli sürülən ittihamın əsaslılığını bilmək mümkün deyil". O, açıq şəkildə edamların açıq motivinin küçə etirazlarına son qoymaq olduğunu bildirib. Həbsdən çıxandan sonra doktor Çöhrəqanlı tez-tez dindirilməyə çağırılmış və o, Qərbi Azərbaycan vilayətinin qubernatoru tərəfindən açıq şəkildə təxribatla məşğul olmaqda günahlandırılmışdır. Bu dindirmələr zamanı doktor Çöhrəqanlıya xəbərdarlıq edilmişdi ki, ölkəni tərk etməyə cəhd etməsin. Təzyiqlər nəticəsində o, 1996-cı ildə öz maşını ilə Azərbaycan Respublikası sərhədinə doğru yola çıxmış, lakin yolda heç bir axtarış tələb olmamasına baxmayaraq, saxlanılmış və gözaltına alınmışdır. 60 gün təkadamlıq hücrədə saxlanıldıqdan sonra infarkt keçirmişdir. Bundan sonra iki ay xəstəxanada yatmış və ev həbsinə göndərilmişdir. 1997-ci ildə o, keçirdiyi infarkta görə qismən iflic vəziyyətində idi. Human Rights Watch bunlardan bəhs edərkən qeyd edir:[7]

Doktor Çehreqaninin işi Azərilər arasında millətçi əhval-ruhiyyənin Azəri icması tərəfindən antaqonist kimi qiymətləndirilən hökumətin hərəkətlərinin necə qızışdırıldığını göstərir. Azəri icması ilə ciddi münaqişə yaranarsa, ölkənin coğrafi baxımdan ucqar hissəsində onu saxlamaq mümkün olmaya bilər; bütün dövlətin həyat qabiliyyətinə təhlükə yarada bilər.

Çöhrəqanlı sonradan 600 min səs almasına baxmayaraq, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.[9]

Üçüncü dəfə həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

1999-cu ilin dekabrında İran Milli Məclisinə namizəd olacaq şəxslərin qeydiyyatı tarixlərində azadlıqda olmaması üçün həbs edilmişdir. İnqilab məhkəməsi tərəfindən şampun qaçaqmalçılığı da daxil olmaqla, müxtəlif maddələr üzrə ittiham edilib və 18 fevral 2000-ci ildə 6 ay həbsə məhkum edilmişdir. Amnesty İnternational hesab edirdi ki, "o, vicdanla bağlı inanclarının zorakılıq olmadan ifadəsini boğmaq üçün həbs edilib və bu səbəbdən də vicdan məhbusu olub". Çöhrəqanlı 19 may tarixində aclıq aksiyasına başlamış və ona qarşı keçirilən ədalətsiz məhkəməyə bu yolla etiraz etmişdir. Amnesty İnternational Çöhrəqanlı barədə verdiyi bəyanatda bunları qeyd etmişdi:[11]

Vicdan məhbusu olan Dr. Mahmudəli Çöhrəqanlının Təbriz həbsxana klinikasında kritik vəziyyətdə olduğu bildirilir. Başa düşülür ki, o, 19 may tarixindən etibarən ədalətsiz məhkəməyə etiraz olaraq aclıq aksiyası etməkdədir. Həbsxana həkimlərinin şəkər xəstəsi, ürək xəstəliyindən əziyyət çəkən onun tibbi səbəblərə görə azadlığa buraxılmasını tövsiyə etdiyi bildirilir.

Təbriz Universitetində müəllim olan Dr. Mahmudəli Çöhrəqanlı İrandakı Azəri icmasının görkəmli nümayəndələrindən biridir. O, əvvəllər regional dillərin mətbuatda və məktəblərdə farsca ilə yanaşı istifadə edilməsinə icazə verən İran İslam Respublikası konstitutsiyasının XV maddəsinin təmin etdiyi kimi İrandakı azərilərin milli hüquqlarının tanınmasını tələb etmişdir. Amnesty İnternational hesab edir ki, o, vicdanla bağlı inanclarının zorakılıq olmadan ifadəsini boğmaq üçün həbs edilib və bu səbəbdən də vicdan məhbusu olub

O, ilk dəfə Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən 1999-cu ilin dekabrında həbs edilmiş, onun müəyyən edilmiş müddətdə Milli Məclisə (parlament) namizəd kimi qeydə alınmasına faktiki mane olunmuşdur. O, İnqilab Məhkəməsində şampun qaçaqmalçılığı da daxil olmaqla ittihamlarla mühakimə edilmiş və 18 fevralda 6 aylıq həbsə məhkum edilmişdir. Bildirilir ki o, həmçinin 20 milyon tümən (təxminən 24.000 ABŞ dolları) məbləğində cərimə ödəməli və ya daha 10 il həbs cəzası almalıdır.

Amnesty İnternational onun İnqilab Məhkəməsində mühakiməsinin ədalətli mühakimə üçün beynəlxalq standartlara uyğun gəlməməsindən narahatdır. Bildirilir ki, ona vəkillə görüşə məhkəmə başlamazdan cəmi iki saat əvvəl icazə verilib.

Doktor Mahmudəli Çehregani 1996-cı ildə insult keçirib və hazırda onun qismən iflic olduğu və sağ gözünün görmə qabiliyyətini itirdiyi bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, 2000-ci ilin aprelində İran təhlükəsizlik qüvvələri Təbrizdə onu dəstəkləyən mitinqdə çoxlu tərəfdarını həbs edib…

Amnesty İnternational verdiyi bəyanatın sonunda İran İslam Respublikasının Ali Dini Rəhbərinə, prezidentinə, ədliyyə başçısına müraciət etmiş və bu müraciətin nüsxələrini İran XİN, İslami İnsan Hüquqları Komissiyası rəhbərlərinə göndərmişdir. Müraciətdə Çöhrəqanlınnı dərhal azadlığa buraxılması, onun lazimi bütün tibbi ehtiyaclarının qarşılanması istənilmişdir. Həmçinin Dr. Mahmudəli Çehreqanlıya qarşı dəqiq ittihamlar və məhkəmə prosesinin təfərrüatlarını axtarmaq və onun prosedurları ədalətli mühakimə üçün beynəlxalq standartlara uyğun gəlməyən İnqilab Məhkəməsində mühakimə olunmasından narahatlıq ifadə edilmiş və Doktor Mahmudəli Çöhrəqananlıya tərəfdarlarının Təbrizdə aprel mitinqində həbs olunduğu barədə xəbərlərin təsdiqini axtarmaq: əgər doğrudursa, onlara qarşı hansı ittihamlar irəli sürüldüyünü soruşmaq, əgər tanınan cinayət əməli ilə ittiham olunmayıblarsa və yalnız doktor Mahmudəli Çöhrəqananlıya dəstək verdikləri üçün həbs ediliblərsə, onları dərhal azadlığa buraxılmalarını tələb edilmişdi.[11]

Buna qədər isə 6 ay həbsdə qalmış, azadlığa çıxdığı zaman isə vəziyyəti yaxşılaşmışdır.[12] 2002-ci ildə İran onun üzərindəki xaricə çıxma qadağasını ləğv etmiş, nəticədə Çöhrəqanlı Bakıya, Türkiyəyə və ABŞ-yə səfərlər edib, yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmə imkanına sahib olmuşdur. 2002-ci ildən əsasən ABŞ-də olmaqla, sürgündə yaşamaqdadır.

Siyasi düşüncələri

[redaktə | mənbəni redaktə et]

Çöhrəqanlıya görə, İrandakı islami rejimin Xamaneyini Allahın yer üzərindəki nümayəndəsi hesab edir və bu Allah konsepsiyasının metafizik forması ilə Xamaneyi sırası ilə Məhəmməd peyğəmbər, imamlar, sonuncu imam vasitəsiylə Allah tərəfindən seçilmişdir. Sonuncu və qeybdə olan imam Xamaneyi ilə əlaqədədir. Beləliklə, formalaşdırılan Vilayət-i Fəqih anlayışına görə, ali dini rəhbərə qarşı gəlmək Allaha qarşı gəlməklə eyni mənadadır. Bunları bildirdikdən sonra, Çöhrəqanlı iddia edir ki, belə bir konsepsiyanın hakim olduğu ölkədə heç bir islahat mümkün deyildir. Çöhrəqanlı 2002-ci ildə Vaşinqtonda bir düşüncə mərkəzinə verdiyi mühazirə zamanı həmçinin də qeyd etmişdir ki, qlobalizasiyanın gətirdiyi qazanclardan biri də İran gəncliyini demokratiyaya daha da yaxınlaşdırması olmuş, islami rejim də bunun qarşılığında islahat teatrı ilə öz hakimiyyətini davam etdirməyə çalışmışdır. O, bu addımlara getməklə həm İran gəncliyini, həm də Qərbi guya İranda islahatçılarla mühafizəkarlar arasında gərgin mübarizə getdiyi yalanına inandırmışdırlar. Bunları bildirdikdən sonra Çöhrəqanlı ölkədəki əsl gücün pərdə arxasında olduğunu və hər bir şeyi öz nəzarətində saxladığını əlavə edib.[13]

Çöhrəqanlı Azərbaycan türkləri və İslam inqilabı məsələsinə toxunaraq bildirmişdi ki, mərkəzi rejim Azərbaycan türklərinin yenidən demokratik üsyanlar başladacağından qorxmaqqdadır. O, son əsrdə İranda 4 böyük inqilabın (Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945–1946 Seyid Cəfər Pişəvəri hərəkatı nəzərdə tutulur) olduğunu, hər birinin Azərbaycan türkləri tərəfindən təşkil edildiyini, bunlardan birində Cənubi Azərbaycanda dövlət təşkil edildiyini vurğulamışdır. Bu dövlətin var olduğu müddət ərzində türk dilində Təbrizdə radio mərkəzlər, məktəblər yaradılmış, bu dildə kitablar nəşr edilmiş, lakin dövlət işğal edildikdən sonra bütün bu nailiyyətlər yox edilmiş, 40 min insan öldürülmüşdür. Hətta nəşr edilən kitablar toplanmış və ictimai bir formada yandırılmışdır. Dövlətin təşkilində və idarə edilməsində rol almış xeyli şəxs edam edilmişdir. Bu tədbirlər nəticəsində İrandakı Azərbaycan türklərinin azadlıq hərəkatı 40 illik qış yuxusuna getmişdir. 1979-cu ildəki İslami inqilaba da əsasən Azərbaycan türkləri rəhbərlik edirdilər. İslami hakimiyyətdə əvvəlki dövrlərdə təcrübəsi olmayan Azərbaycan türkləri inanırdılar ki, inkuliziv Allah hakimiyyəti repressiv Şah hakimiyyətindən daha yaxşı olacaq, lakin əksinə olaraq nəticə daha da pis oldu.[13]

İrandakı Azərbaycan türklərinin tarixi ilə bağlı məsələlərdə Çöhrəqanlı bildirişdir ki, 70 il əvvələ qədər İranın ümumi əhalisinin 51.5 faizini Azərbaycan türkləri təşkil etmiş, keçən dövr ərzində onların sayının artmasına baxmayaraq, İran hakimiyyəti guya onların sayının azaldığını və 25 faizə gerilədiyini iddia etməkdədir. O, Azərbaycan türklərinin sayının 32 milyon olduğuna və İranda çoxluğu təşkil etdiyinə inandığını bildirmişdir. O, bu rəqəmin Xəzər sahilində yaşayan türkmənlərin də hesablandığı təqdirdə 34 milyona qalxdığını, 32 milyon Azərbaycan türkünün 20 milyonunun Cənubi Azərbaycanda, 10 milyonunun əhalisinin 70 faizinin türklər təşkil etdiyi Tehran ostanında yaşadığını iddia etmişdir. Bundan başqa, o, 2 milyon Qaşqay və yenə 2 milyon olmaqla Xorasan türklərinin sayını da vurğulamışdır.[13]

Çöhrəqanlı onlara qarşı tədbiq edilən assimilyasiya siyasətinə də toxunmuşdur. O, bu məsələdən bəhs edərkən bütün 9 dövlət televiziyasının və 100 radio stansiyasının hamısının farsca yayımlandığını, türk dilində yazan çoxlu şair və yazıçıların yetişməsinə baxmayaraq, İranda 200-dən çox fars dili departamentinin olması qarşılığında, bir dənə də olsun türk dili departamentinin olmadığını bildirmişdir. O, konstitutsiyanın 15-ci maddəsinin etnik dillərə haqlar verməsinə baxmayaraq, onun yalnız kağız üzərində qaldığını, Pəhləvi dövründə türklərin "eşşək" adlandırıldığını da qeyd etmişdir.[13]

Dil və mədəniyyət barədə

[redaktə | mənbəni redaktə et]

Çöhrəqanlının kompaniyası İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüququna əsaslanmaqda idi. O, İran Azərbaycanındakı ibtidai məktəblərdə fars dili əvəzinə Azərbaycan türkcəsində tədris aparılmasına çağırış edirdi.[7] O, bunu tələb edərkən İslam Respublikasının konstitutsiyasının XV maddəsində bunun əks edildiyini, bu maddənin fars dili ilə yanaşı regional dillərin də məktəblərdə və mətbuatda istifadəsinə icazə verildiyini bildirirdi.[11]

Vaşinqtonda yerləşən Strateji və Beynəlxaql Araşdırmalar Mərkəzindəki nitqi zamanı Çöhrəqanlı öz hərəkatının hədəflərini belə sıralamışdı:[13]

Biz İranın ərazi bütövlüyünü dəstəkləyirik və Türkiyə və ya Azərbaycan ilə birləşməyə çalışmırıq. Biz İslami rejim altında yaşamaq istəmirik, biz İranda demokratiya istəyirik. Biz İranı Azərbaycan türklərinin hüquqlarına hörmət edən federalist formada təsəvvür edirik.

Lakin Çöhrəqanlı bir neçə dəfə məqsədinin İran Azərbaycanını tamamilə İrandan ayırmaq olduğunu açıq bir şəkildə bildirmişdir.[14] O, əvvəllər dəfələrlə təstiqləyib ki, federalizm İrandan ayrılma üçün bəhanədir və o, ayrılma tərəfdarıdır. Çöhrəqanlı Həmədan və Qəzvin vilayətlərini də Azərbaycanın bir hissəsi hesab etməkdədir. GünAz TV-ə verdiyi müsahibədə Çöhrəqanlı iddia etmişdir ki, o, Qəzvin, Tehran, Ərak ostanlarını tamamilə, Gilan və Kürdüstan ostanlarının bir hissəsini Azərbaycanın hissəsi hesab edir.

O, CNN Türk kanalındakı çıxışı zamanı dəfələrlə farsları ifadə etmək üçün "Fars köpəkləri" adlandırmışdır.

Çöhrəqanlı və bir qrup azərbaycanlı millətçi İran prezidenti Hatəminin dövründə ona məktub yazaraq Azərbaycan bölgəsinə olan güclü kürd miqrasiyasının qarşısını almağı istəmişdi. Onlar bu məktublarında Qərbi Azərbaycan ostanındakı kürdlərin oranın yerlisi olmamaqlarını vurğulamaq üçün azərbaycanlıların qonağı adlandırmışdı.[15] Fars mətbuatı tərəfindən onun kürdlərə qarşı mənfi münasibəti tirajlansa da, 2002-ci ildə verdiyi müsahibə zamanı fars mədəniyyəti altında əzilən kürd, ərəb və digər etnik azlıqlara müsbət təsir etdiklərini və onların da oyanışına yol açdıqlarını vurğulamışdır.[13]

Eyni zamanda Çöhrəqanlı Şimali İraqdakı Mosul və Kərkükü də türk torpağı hesab etdiyini, oranın kürd işğalı altında olduğunu vurğulamışdır.[15]

GAMOH-da siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995–1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir.[9]

Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:[10]

İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.

Çöhrəqanlı sonradan 600 min səs almasına baxmayaraq, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.[9] 2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır. Bundan dərhal sonra o, bir neçə nəfər tərəfdarları ilə bərabər GAMOH-un bünövrəsini qoymuşdur.

[16][17] Başqa yerlərdəki müsahibələrində Çöhrəqanlı GAMOH-u mühəndis Qulamrza Emani ilə birlikdə 1995-ci ildə Təbrizdə gizli şəkildə yaratdığını bildirmişdir.[18]

2002-ci ildəki müsahibəsində Çöhrəqanlı GAMOH-un İranın ərazi bütövlüyünə qarşı olmadığını, Türkiyə və ya Azərbaycan Respublikası ilə birləşməyə çalışmadığını vurğulamışdır. Onların İslami rejim altında yaşamaq istəmədiklərini, İranda demokratiyanın olmasını arzuladıqlarını, İranı Azərbaycan türklərinin təbii haqlarına hörmətlə yaşana federal bir dövlət olaraq görmək istədiklərini bildirmişdir.[13]

Azərbaycana və Türkiyəyə buraxılmaması

[redaktə | mənbəni redaktə et]

GAMOH-un fəaliyyətinə görə Çöhrəqanlı İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan və Türkiyə respublikalarına müraciətindən sonra ölkədən deportasiya edilmişdir.[19] O, 2013-cü ildı Türkiyənin Millətçi Hərəkat Partiyası tərəfindən partiyanın qurultayına dəvət edilmiş, lakin hava limanından ölkəyə buraxılmamışdı. 2012-ci ilin dekabrında BBC-ə müsahibə verən Çöhrəqanlı Sabir Rüstəmxanlının İlham Əliyevə onu ölkəyə buraxması müraciət etiyini, lakin nəticənin nə olmasından asılı olmayaraq ölkəyə gələcəyini bildirmişdi. O, 2013-cü ilin 16 avqustunda Bakıda da yaşandı. Oğlu Alparslan Çöhrəqanlı ilə birlikdə Bakı hava limanına gələn Çöhrəqanlı ölkəyə buraxılmadı. Buna gələn reaksiyalardan sonra isə, Yeni Azərbaycan Patrtiyasının nümayəndəsi qərarın siyasi məqsədlərlə edilmədiyini bildirdi. APA-ın yaydığı məlumata görə, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb.[20][21][22]

Lakin 2022-ci ildən etibarən Çöhrəqanlı tez-tez Azərbaycan Respublikasında yerləşən xəbər saytlarında və televiziyalarında yenidən görülməyə başlamışdır.[23][24]

  1. İran azərbaycanlılarının dəqiq sayı bilinməməkdədir. Britannica Ensiklopediyasına görə, XXI əsrin əvvəllərində İrandakı azərbaycanlıların sayı təxminən 15 milyon olmuşdur.[2] Rasmus Kristian Elling öz kitabında CIA Factbook və US Library Congressə istinad edərək, onların sayının 12-18 milyon və ya 16-24 faiz arasında dəyişə biləcəyini ehtimal etməklə birlikdə, məsələnin çox qarışıq olduğunu da qeyd edir.[3] Brenda Şaffer hələ 2002-ci ildə İrandakı azərbaycanlıların sayının 27 milyon olduğunu bildirir.[4] İranda əhalinin hesablanması kimliklə bağlı məsələlərdə dini aidiyyatları üstün tutur və şiə olanların hamısını eyni kimlik kimi qəbul edir. Buna görə də, azərbaycanlıların sayı ilə bağlı dəqiq rəsmi məlumat yoxdur, lakin bəzi nüanslar da bir neçə rəsmi şəxslərin rəqəm iddiaları olmuşdur. Məsələn, keçmiş XİN Əli Əkbər Salehi 2012-ci ildə Türkiyə ilə İranın mədəni yaxınlığından bəhs edərkən bildirmişdi ki, İranın 40 faizi türkcə danışmaqdadır. Beləliklə, 2019-cu ildə , İran əhalisinin 83 milyon olduğunu nəzərə alınsa, ümumi türklərin sayının Əli Əkbər Salehiyə görə 33 milyon olduğunu bildirmək mümkündür.[5]
  1. Məmmədov, 2023. səh. 27
  2. Etheredge, 1998
  3. Elling, 2013. səh. 18
  4. Shaffer, 2002. səh. 189
  5. Məmmədov, 2023. səh. 27-28
  6. SANAM. "Southern Azerbaijan: SANAM General Assembly". unpo.org. 7 fevral 2012. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2023.
  7. 1 2 3 4 5 Human Rights Watch. "Azaris". www.hrw.org. 1997. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2023.
  8. Beeman, 2008. səh. 2008
  9. 1 2 3 4 Mayis Alizade. "Güney Azerbaycan Milli Uyanış Hareketi lideri Çehrekanlı: Fars-Molla rejimi Şiiliği herkese karşı silah olarak kullanıyor". www.indyturk.com. 24 yanvar 2020. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  10. 1 2 Shaffer, 2000. səh. 465
  11. 1 2 3 Amnesty İnternational. "Iran: Health concern/Unfair trial – Dr Mahmudali Chehregani". www.amnesty.org. 13 noyabr 2000. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2023.
  12. Amnesty International. "Iran: Further information: Health concern/Unfair trial: Dr Mahmudali Chehregani". www.amnesty.org. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2023.
  13. 1 2 3 4 5 6 7 Dr. Mahmoudali Chehregani. "CSIS Caucasus Project Meeting Notes Azerbaijani Turks of Iran: Will They Lead a Revolution Again?" (PDF). www.csis.org. 3 iyun 2006. 23 fevral 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 oktyabr 2023.
  14. Reza Breakstone. "AZERI SEPARATIST MEETS POLICY MAKERS IN WASHINGTON". www.niacouncil.org. 23 Fevral 2023. 20 Aprel 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
  15. 1 2 "فاشيسم دينی، نژادپرستی کور و کابوس فروپاشی ايران". politic.iran-emrooz.de. 11 Mart 2007. 3 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
  16. "Çehreqanının CAMAH-dan çıxarılması barədə təşkilatın rəsmi qərarı". Archived from the original on 10 June 2002. İstifadə tarixi: 19 may 2023.
  17. Aghazada və başqaları, 2021. səh. 150
  18. "GÜNEY AZERBAYCAN MİLLÎ UYANIŞ HAREKETİ (GAMOH) LİDERİ DR. MAHMUTALİ ÇEHREGANLI İLE SÖYLEŞİ". devlet.com.tr. 5 fevral 2016. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  19. "GÜNEY AZERBAYCAN MİLLÎ UYANIŞ HAREKETİ (GAMOH) LİDERİ DR. MAHMUTALİ ÇEHREGANLI İLE SÖYLEŞİ". devlet.com.tr. 5 fevral 2016. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  20. "Mahmudəli Çöhrəqanlı Azərbaycana buraxılmadı". oxu.az. 16 avqust 2013. 2013-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  21. Ahmet Turan Esen. "GAMOH Lideri Çöhreganlı, Bakü'den geri çevirildi". 21yyte.org. 19 avqust 2013. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  22. İlhamə Qasımlı. ""İcazə versələr də, verməsələr də, Azərbaycana gedirəm"". www.bbc.com. 19 dekabr 2012. 2022-11-22 tarixində arxivləşdirilib.
  23. "Mahmudəli Çöhrəqani illər sonra AZTV-yə müsahibə verdi". Qafqazinfo. 5 noyabr 2022. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  24. "Mahmudəli Çöhrəqanlı: İran, sən elə Arazda boğulacaqsan!". İCTİMAİ TV. 2 noyabr 2022. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.