Mahmudəli Kalimatov

Mahmud-Əli Makşaripoviç Kalimatov (inquş Махмуд-Iали Макшарипа Калиматнаькъан; 9 aprel 1959, Çemolqan[d], Almatı vilayəti) — Rusiya dövlət xadimihüquqşünasıdı. 2019-cu il sentyabrın 8-dən İnquşetiya Respublikasının başçısıdır (İnquşetiya Respublikasının müvəqqəti rəhbəri 26 iyun — 8 sentyabr 2019).[1]

Mahmud-Əli Kalimatov
inquş Махмуд-Iали Макшарипа Калиматнаькъан
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1959(1959-04-09) (65 yaş)
Doğum yeri
Partiya
İxtisası hüquqşünas
Fəaliyyəti Rusiya Federasiyası Prokurorluğu
Dini islam
Hərbi xidmət
Xidmət illəri 1990-2007-ci illər
Mənsubiyyəti
Qoşun növü Rusiya Federasiyası Prokurorluğu
Rütbəsi

3-cü dərəcəli ədliyə müşaviri
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi

Təltifləri "Rusiya Federasiyası Prokurorluğunun fəxri işçisi" döş nişanı Rusiya Federasiyasının əməkdar hüquqşünası
Сайт Главы Республики Ингушетия
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1959-cu i aprelin 9-da Qazaxıstan SSR-in Alma-Ata vilayətinin Karasay rayonunun Çemolqan kəndində anadan olmuşdur.

1977-ci ilin aprelindən 1979-cu ilə qədər Almaniyada (ADR) yerləşən Sovet İttifaqı qoşunlarının tərkibində hərbi xidmət keçmişdir.[2]

1989-cu ildə Kuybışev (indiki Samara) Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Kuybışev şəhər Komsomol təşkilatında və Sovet İttifaqı Kommunist Partiyasında işləmişdir.

1990-cı ildən Kuybışev vilayət prokurorluğu orqanında rayon prokurorluğunun müstəntiqi kimi fəaliyyətə başlamışdır.

1990–1992-ci illərdə Kuybışevin (Samara) Kirov rayonu prokurorluğunun təcrübəçi, müstəntiq, baş müstəntiq, Samara vilayət prokurorluğunun istintaq hissəsinin baş müstəntiqi kimi çalışmışdır.

1992–1998-ci illərdə Samara vilayət prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru, prokurorun müavini, Samara Kirov vilayətinin prokuroru olmuşdur.[2]

1997–2003-cü illərdə Samara şəhərinin prokuroru vəzifəsində çalışmışdır.

2003-cü ilin yanvarından 2004-cü ilin avqustuna qədər Samara vilayəti prokurorunun birinci müavini vəzifəsini daşımışdır.

2004-cü ilin avqustunda Rusiya Federasiyası Baş Prokurorunun əmri ilə İnquşetiya Rspublikasının prokuroru təyin edilmişdir.

2007-ci ildə Samara vilayətinin qubernatorunun nəzarət şöbəsinə rəhbərlik etmişdir.[2]

2012-ci ildən Samara vilayətinin qubernatorunun müşaviri vəzifəsində çalışmışdır.[2]

2015-ci ilin dekabr ayında Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirinin əmri ilə Samara vilayətində Təbii Resursların İdarə edilməsinə Federal Xidmətin (Rosprirodnadzor İdarəsi) Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir. Samara regional Dumasının Kommunist Partiyasından olan deputatı Mixail Matveevin dediyinə görə Samara Rosprirodnadzorunun rəhbəri olaraq Kalimatov üç illik fəaliyyəti ərzində heç nə ilə yadda qalmamış və yerli elitalar tərəfindən keçmiş prokuror kimi qəbul edilmişdir. "Əvvəlki işlərini nəzərə alaraq Rosprirodnadzor rəhbərliyini gücləndirə bilərdi, amma bu baş vermədi, ekologiya sahəsində bir mütəxəssis kimi qəbul edilmədi və xüsusilə nəzərə çarpan deyildi. Bir ay əvvəl əyalət Dumada adi bir məruzə ilə çıxış etmişdir." — deyə deputat onun haqda danışarkən bildirmişdir. Bölgə mediasında olan ekoloqlar Kalimatovu həddən çox qapalı olmasına görə görə tənqid edirdilər. "Mətbuatdan, ictimaiyyətdən və peşəkarlardan ayrı gəzir və heç bir əlaqə saxlamır", deyə ekoloq Dmitri Medvedev 2017-ci ildə "Volga News"a bildirmişdir.[3]

İnquşetiya Respublikasının başçısı

[redaktə | mənbəni redaktə et]

2019-cu il iyunun 26-da İnquşetiya prezidenti Yunus-Bek Evkurovun erkən istefasından sonra Rusiya Prezidenti Vladimir Putin Mahmud-Əli Kalimatovu İnquşetiyanın müvəqqəti başçısı təyin etdi.[4]

2019-cu il sentyabrın 8-də İnquşetiya Milli Məclisində Prezident Putin tərəfindən İnquşetiyanın prezidenti vəzifəsinə təklif etdiyi üç şəxsin — Mahmud-Əli Kalimatov, Urusxan Evloev və Maqomed Zurabovun namizədliyi səs verməyə qoyuldu. Səsvermədə 31 üzv iştirak etdi. Onlardan 27-si Kalimatovun namizədliyini dəstəkləyərək onun lehinə əss verdilər. Səsvermə nəticəsində o, 5 il müddətinə respublika başçısı səlahiyyətinlərini yerinə yetirmək hüququna yiyələndi.[5]

Dövlət rütbələri

[redaktə | mənbəni redaktə et]
  • İkinci dərəcəli Rusiya Federasiyası dövlət müşaviri
  • Üçüncü dərəcəli Ədliyə müşaviri (30 iyul 2007-ci il)[6]

"Rusiya Federasiyası Prokurorluğunun fəxri işçisi" döş nişanı

Ailəlidir, iki oğlu var.

Kokurxoy teypindəndir (qəbilə).[3]

Kalimatov 2002–2008-ci illərdə İnquşetiya Respublikasına rəhbərlik etmiş keçmiş prezident Murat Zyazikovla bacanaqdı, onlar eyni bacılarla evlidirlər.[3]

Qardaşı — Əlixan Kalimatov (1969–2007) — Rusiya FTX-nin Konstitusiya Sisteminin Müdafiəsi və Terrorizmlə Mübarizə Xidmətinin əməliyyat-istintaq şöbəsinin əməkdaşı, podpolkovnik, Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra), 2007-ci ildə naməlum şəxslərlə atışma zamanı həlak olmuşdur.[7].

Qardaşı — Maqomed-Bəşir Kalimatov (23.02.1958 anadan olub) — Rusiya Poçtunun Şimali Qafqaz Makroregionunun müşaviri,[8] əvvəllər Rusiya Federasiyasının İnquşetiya Respublikası Federal Poçt Xidmətinin direktoru,[9] Orconikidze qəsəbəsi bələdiyyəsinin sədri(İnquşetiya Respublikası, Sunja rayonu).[10]

  1. "Калиматов назначен врио главы Ингушетии // Кавказский узел". 2019-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  2. 1 2 3 4 "Глава Росприроднадзора по Самарской области назначен врио главы Ингушетии". 2019-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  3. 1 2 3 "Из экологов — в варяги: почему Ингушетию возглавил Махмуд-Али Калиматов". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  4. "Указ Президента Российской Федерации от 26.06.2019 г. № 298 «О досрочном прекращении полномочий Главы Республики Ингушетия»". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  5. "Народное собрание Ингушетии избрало Калиматова главой республики". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  6. "Указ Президента Российской Федерации от 30.07.2005 г. № 884 "О присвоении классных чинов работникам органов прокуратуры Российской Федерации"". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  7. "Ю.Б.Евкуров: «В развитии Самары совершен огромный рывок»". 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  8. "Назначен новый руководитель Ингушского филиала Почты России". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  9. "Магомед-Башир Калиматов. Связующее звено". 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  10. ЦИК России. Магомед-Башир Калиматов [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]