Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Mahmud Abbasov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Mahmud Abbasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Laçın şəhəri |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Bakı şəhəri, Şəhidlər Xiyabanı |
Atası | Aslan |
Milliyyəti | azərbaycanlı |
Mahmud Aslan oğlu Abbasov 31 mart 1969-cu ildə Laçın şəhərində azərbaycanın şərəfli bir ömür sürmüş ailəsində doğulub.
1976–1986-cı illərdə Laçın şəhər 1№-li məktəbdə təhsil albdır. 1987–1989-cu illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olmuşdur. Atası Aslan kişi də ömrünün 35 ilini azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Mahmudun uşaqlıq illəri çox keşməkeşli olub. Hələ uşaqkən Mahmudda qonşuluğunda olan ermənilərə qarşı böyük nifrət olub. Onlarla mübahisə və dava etməklə eləbil ki, öz gələcəyini qabaqcadan görmüşdü. Elə bil hiss etmişdi ki, böyüyəndə namərd erməni gülləsinə tuş gələcək.
Mahmud Qarabağda savaş başlayanda ilk könüllü özünü müdafiə batalyonunda döyüşən əsgərlərimizdən biri olub. Onun döyüş yolu 1991-ci ilin noyabr ayından 1992-ci ilin dekabrına qədər davam edib. İlk dəfə olaraq 21 yaşında əlinə silah alaraq Laçında erməni ilə döyüşə atılıb. Dəfələrlə ağır döyüşlərdə iştirak edib və bir neçə dəfə yaralanıb. Amma erməniyə olan nifrəti onu döyüşdən-döyüşə şücaətləndirib.
1992-ci ildə o zaman yaranan Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunub. Ondan şəxsən mərhum general Məhəmməd Əsədov imtahan götürərək XTPD-ə qəbul edib. Bu batalyon 1993-cü ildə artıq sayı 3000 (üç min) nəfərə çatan, OMON-çular adı ilə məşhur olan Xüsusi Təyinatlı Milis Dəstəsinə çevrildi və müharibənin ən qaynar nöqtələrində daim ön cəbhədə olaraq böyük şücaətlər göstərdi.
Mahmud o zaman XTPD-də Qarabağın ən qaynar nöqtələrində Kərcihan, Daşaltı, Nəbilər, Xocalı, Ağdərə, Horadiz, Füzuli, Ağdam, Zəngilan, Şuşa kimi çətin döyüş yolu keçib. O, həmişə öndə olardı və döyüşçülər deyəndə ki, biz torpaq uğrunda ölməyə gedirik, deyərdi "yox, biz ölməyə deyil, öldürməyə gedirik". Əsl qəhrəman idi, ancaq heç vaxt dildə vətəni, xalqı sevməsindən, onlar üçün hər şeyə hazır olmasından danışmazdı, hər şeyi əməliylə göstərərdi.
1992-ci ilin aprel ayında Şuşadan-Laçına uçan helikopterlə hökumət nümayəndələrinin mühafizəsini təşkil edərkən erməni tərəfdən atılan raket atəşinə tuş gəlsə də, öz cəsarəti və həmin helikopterin pilotunun peşəkarlığı ilə birgə sərnişinləri mənzil başına – Turşsu kəndində olan qaz qurğularının yerləşdiyi meydançaya sağ-salamat çatdırib.
Mahmud döyüşdə bir necə dəfə (ayağından, qolundan və başından) yaralansa da, Allah onu qorumuşdu. Amma 1992-ci ildə Zəngilanda gedən ağır döyüş onun son döyüşü oldu. Onunla xidmət edən əsgərlər danışır ki, ayağından yaralı olsa da o, hamıdan birinci döyüşə atılmışdı.
Mahmudun canından çox sevdiyi vətənə olan sevgisi onun döyüşdən kənarda qalmasına imkan verməmişdi.
Düşmənin snayperdən açdıgı güllə onun ürəyini susdurdu. Mahmud şəhid olarkən torpağı bərk-bərk bağrına başmışdı.