Mahmud Surxay oğlu Canbaxışov (1975, Daşkənd, Vardenis rayonu – 17 aprel 1994, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.
Canbaхışоv Mahmud | |
---|---|
Canbaхışоv Mahmud Surхay оğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1994 |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | bilinmir |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Canbaхışоv Surхay |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Mahmud Canbaxışov 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində doğulmuşdur.[1]
1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.
1988-ci ildə ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində, 1990-cı ildən isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.[2]
1993-cü ildə Xanlar RHK-dan Milli Orduya çağırılmışdır.
Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Füzuli rayonunun Qızılqaya istiqamətində gedən döyüşdə minaya düşərək şəhid olmuşdur.[3]
Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir. 1995-ci ildə məhkəmə qətnaməsi ilə o şəhid hesab edilir.
Mahmud subay idi. Professor Qələndər Canbaxışovun qardaşı, həkim Turab Canbaxışovun əmisidir.