Vardenis rayonu

Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir.

Basarkeçər rayonu

40°10′50″ şm. e. 45°43′12″ ş. u.HGYO


İnzibati mərkəz Basarkeçər
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi
  • 31.300 nəf. (1989)
Basarkeçər rayonu xəritədə
Basarkeçər rayonu xəritədə
Qafqaz regionunun baş xəritəsi, Basarkeçər 1858-ci il

Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.

Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.

1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.

Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.

28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirilmişlər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan tələf olur[1].

Basarkeçər rayonunun kəndləri

[redaktə | mənbəni redaktə et]

Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı

1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxaç, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan.

Basarkeçərdə Serj Sarqsyanla görüş

[redaktə | mənbəni redaktə et]

2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahıl bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı bir təhər oxuyub, başa çatdırdıqdan sonra deyib: "İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim" və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: "Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?". Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: "Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm".[2]

Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları

[redaktə | mənbəni redaktə et]

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Ağkilsə Azat 03.01.1935
Zərzibil Zarkand 03.01.1935
Böyük Qaraqoyunlu Əzizli 03.01.1935
Qırxbulaq Akunk 03.01.1935
Sətənəxac Güney 03.01.1935
Nərimanlı (Basarkeçər) Şatvan 19.04.1991
Sultanəliqışlaq Canəhməd
Oğruca Qaraiman
Qızılvəng Çiçəkli 24.07.1940
Gödəkbulaq Karçaxpyur 12.08.1946
Aşağı Zağalı Tsovak 12.08.1946
Qanlı Qamışlı 12.08.1946
Basarkeçər Vardenis 11.06.1969
Basarkeçər rayonu Vardenis rayonu 11.06.1969
Kərkibaş Şəfəq 25.05.1967
Yarpızlı Lçavan 25.05.1967
Babacan Qızılkənd 25.01.1978
İnəkdağ Yenikənd 25.01.1978
Yuxarı Zağalı Axbradzor 25.01.1978
Kəsəmən Bahar 25.01.1978
Tüskülü Lusakunk 25.01.1978
Çaxırlı Sovetakert 25.01.1978
Çiçəkli Makenis 25.01.1978
  1. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX в., Ленинград, 1949
  4. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XVII веке, Иряван, 1969
  5. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  6. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  7. Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  8. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  9. Enikolopov İ.K., Qriboyedov i Vostok, İrəvan 1954
  10. Глинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  11. Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
  12. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  13. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  14. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  15. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  16. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  17. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  18. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  19. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
  20. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  21. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  22. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  23. Kalvalı Həsənov. And yerimiz. " Əbilov,Zeynalov və oğulları " , Bakı, 2001, 352 səh.
  24. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
  25. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  26. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  27. Грибоедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


  1. Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.
  2. *Basarkeçərdə erməni Ermənistan prezidentinə "ürək sözlərini" azərbaycanca deyib (BBC azərbaycanca, 14.02.2013) Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine