Mahmud Əhməd oğlu Məmmədquliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.
Mahmud Məmmədquliyev | |
---|---|
Vəzifədədir | |
14 sentyabr 1993-cü ildən | |
24 noyabr 1995 – 12 noyabr 2000 | |
25 noyabr 1993 – 25 may 2001 | |
25 noyabr 1993 – 25 may 2001 | |
25 noyabr 1993 – 25 may 2001 | |
25 noyabr 1993 – 25 may 2001 | |
25 noyabr 1993 – 30 may 2001 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Həyat yoldaşı | |
Uşaqları | Zərifə, Giraff, Azər |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.
1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.
1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.
2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[1]
İngilis və rus dillərini bilir.