Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti,[1] bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır.
Sevil Əliyeva | |
---|---|
Doğum tarixi | 12 oktyabr 1955 (69 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı |
|
Atası | Heydər Əliyev |
Anası | Zərifə Əliyeva |
Təhsili | |
Fəaliyyəti | ictimai xadim |
Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ailəlidir, bir qızı, iki oğlu var.
Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin — atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom "Ze qaleri of Sevil" adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksofon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun "Əbbe Roud" studiyasında yazılıb.[4]