Mahmut Dindar

Mahmut Dindar (1964, Daldərə[d], Van ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Mahmut Dindar
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Van
Şəxsi məlumatlar
Doğum tarixi 1964
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya

Mahmut Dindar 1964-cü ildə Van ilinin Gevaş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Vanda alıb.[1]

1989-2015-ci illərdə Erciş Qənd Zavodunda çalışıb. Hazırda təqaüdçüdür.[1]

Təqaüdə çıxdıqdan sonra “Sivilizasiyalar Beşiği”ndə Qohumlarını İtirmiş Ailələrin Həmrəyliyi, Birliyi, Yardımı və Mədəniyyət Dərnəyində (MEBYA-DER) çalışıb. 2021-ci ildə dərnəyə qarşı aparılan istintaq çərçivəsində həbs edilib və 1 il həbsxanada saxlanılıb.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə bilir. Evli və 6 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 TBMM. "Mahmut DİNDAR". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.