Mais Qurbanəli oğlu Abbasov (20 aprel 1974; Lənkəran, Azərbaycan — 22 sentyabr 1999; Əlibəyli, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ müharibəsi şəhidi.[1]
Mais Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Əlibəyli, Tovuz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Qurbanəli Abbasov |
Təhsili | Bakı Dövlət Universiteti (1991-1995) |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1997—1999 |
Rütbəsi | Baş leytenant |
Vəzifəsi | taqım komandiri |
Mais Abbasov 20 aprel 1974-cü ildə Lənkəran şəhərində Qurbanəli Abbasovun ailəsində anadan olmuşdur. 1982–1991-ci illərdə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində orta təhsil almışdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1995-ci ildə ali təhsili başa vurmuş və diplomunu almadan hərbi xidmətə yollanmışdır. Subay idi.
Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər üzrə şöbəsində qeydiyyatdan keçmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılmışdır. Cəbhə xəttində yerləşən "N" saylı hərbi hissələrdən birində xidmət etmiş və hərbi hissənin tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir. Ali təhsil aldığına görə "baş leytenant" rütbəsinə, hərbi əməliyyatlarda fərqləndiyi üçün taqım komandiri vəzifəsinə yüksəlmişdir. Mais Abbasov 22 sentyabr 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.