Makassarlar

Makassarlarİndoneziyada, Sulavesi adasının cənub-qərbində yaşayan xalq. Dilləri İndoneziya dillərinə aiddir. Dindarları müsəlmandır. Ehtimal ki, b.e. II minilliyinin əvvəllərində İndoneziyanın qərb adalarından və ya materikdən köçmüşdülər. XV əsrdə makassarların dövləti, Qova sultanlığı yaranmışdı. Əsasən, əkincilik, balıqçılıq və ticarətlə məşğuldurlar.[1]

Makassarların dünya okeanının böyük hissələrini səyahət etdiyi, Cənubi Afrikaya qədər çatdığı məlumdur. Cənubi Afrikada "Makassar" adlanan ərazi var. Orada yaşayan əhalinin yerli və makassar mənşəli olduğu ehtimal edilir. Cənubi Afrikada və qonşu Mozambikdə "Makassar" adını daşıyan bir neçə yer var.[2]

  1. Макассарлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 311.
  2. "Syekh Yusuf, Ulama Makassar yang Jadi Pahlawan di Afrika Selatan". 8 March 2017. 14 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2023.