Makatea (fr. Makatea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 230 km şimal-şərqdə, Rangiroa 82 km aralıda yerləşir.
Makatea adası | |
---|---|
fr. Makatea | |
Ümumi məlumatlar | |
Sahəsi | 24 km² |
Uzunluğu |
|
Eni | 7 km |
Hündür nöqtəsi | 80 m |
Əhalisi | 61 nəfər (2007-ci il) |
Yerləşməsi | |
15°50′15″ c. e. 148°16′00″ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuamotu arxipelaqında az saylı atol olmayan adalardan biridir. Ada bir qalxma atoldur. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 24 km²-dir. Uzunluğu 7,5 km, eni 7 km-dir.
Əvvəlki adı Papa Tea olmuşdur. Bu isə Polineziya dilindən tərcümədə «Ağ daş» mənasını verir. Makatea ilk dəfə 1722-ci ildə holland səyyahı Yakob Roqeveen tərəfindən kəşf edilir. O, adanı Verkwikking adlandırır.
İnzibati baxımından Ranqiroa kommunasına daxildir.
2007-ci il məlumatına görə adada 61 nəfər yaşayır. Moumu əsas yaşayış məntəqəsidir.
Makatea Sakit okeanın fosfat ehtiyatına sahib 3 adadan (Nauru və Banaba) biridir. 1917 - 1966-cı illərdə burada fosfat emalı gerçəkləşdirilirdi.
Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (kopra yığımı və kokos yengəci ticarəti).
Ada böyük quano ehtiyatına sahibdir.
Arxipelaqda yeganə şirin su ehtiyatına sahib adadır.