Maks Blek

Maks Blek (24 fevral 1909[1][2][…], Bakı, Rusiya imperiyası[3]27 avqust 1988[1][2][…], İtaka[d], Nyu-York ştatı[3]) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır.

Maks Blek
Макс Черный
Max Black
Doğum tarixi 24 fevral 1909(1909-02-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 avqust 1988(1988-08-27)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Əsas maraqları elmin fəlsəfəsi, dil fəlsəfəsi

1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi.[4]

Kembric Universitetinə qəbul oldu və orda Bertran RasselLüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır. 1931–1936-cı ilər arasında Nyukaslndə riyaziyyat magistri olmuşdur.

1936-cı ildən London Universitet Kollecində dərs deməyə başlamışdır. 1939-cu ildə doktoranturanı bitirmiş və sonrakı il ABŞ-yə köçmüşdür. Orada İllinoys Universitetində, daha sonra isə 1946-cı ildə Kornell universitetlərində işləmişdir. Onun əsas maraq sahəsi müəllimləri kimi dil, məntiq və riyaziyyat fəlsəfəsi olub. Vitqenşteynin traktatıBertran Rasselin Principia Mathematicası onun əsas tədqiqat sahəsi olub. Həmçinin Qottlob Fregein əsərlərini ingilis dilinə tərcümə edən ilk şəxslərdən biridir.

Maks Blek 1948-ci ildə ABŞ vətəndaşlığına keçmiş, 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir[5],1988-ci ildə ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində vəfat etmişdir.

  • The Nature of Mathematics. 1933
  • Vagueness: An exercise in logical analysis in the Philosophical Society. 1937
  • A New Method of Presentation of the Theory of the Syllogism. 1944
  • Language and Philosophy: Studies in Method. (1949). Ithaca, NY: Cornell UP
  • Critical Thinking. 1946.
  • Problems of Analysis. 1954
  • Metaphors are no arguments, my pretty maiden. (1954–1955)
  • Models and Metaphors. Studies in Language and Philosophy. 1962
  • A Companion to Wittgenstein’s Tractatus. 1964
  • The Labyrinth of Language. Mentor, New York 1969.
  • Margins of Precision: Essays in Logic and Language. 1970.
  • Making intelligent choices, how useful is decision theory? 1985
  • The Importance of Language. 1962. Nachdruck 1982 (ISBN 0-8014-9077-4)
  • Art, Perception and Reality, zusammen mit E. H. Gombrich und Julian Hochberg. 1972
  • Perplexities.1990

Encyclopedia Britannica məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Abstract and abstraction. 1956 Cild 1, pp. 67–68 (ed. 1957: Cild. 1, səh. 67–68)
  • Antinomy. 1956, C. 2, s. 70
  • Condition. 1957, C. 6, s. 220–221
  • Deduction. 1957, C. 7, s. 132–133
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #14239601X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "O'Connor, J.J. and Robertson, E.F., "Max Black: Biography", School of Mathematics and Statistics, University of St Andrews, Scotland". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
  5. "Amerika İncəsənət və Elmlər Akademiyası — üzvlər" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-09.