London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi.
London Universitet Kolleci UCL | |
---|---|
51°31′29″ şm. e. 0°08′01″ q. u.HGYO | |
Şüar | Cuncti adsint meritaeque expectent praemia palmae |
Əsası qoyulub | 1826 |
Tip | İctimai |
Rektor | Malkolm Qrant |
Tələbə sayı | 23 250 bakalavr, 12 789 doktorant |
Şəhər | Mərkəzi London, Blumsberi rayonu |
Ölkə | |
Sayt | ucl.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur.
Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır.
London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər.
Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
20 | 25 | 26 | 26 | 25 | 22 | 21 | 21 | 20 | 21 | 21 | 20 | 18 |
2015/16[16] | 2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|---|
7 | 5 | 4 | 4 | 7 | 4 |
2015/16[22] | 2014/15[23] | 2013/14[24] | 2012/13[25] | 2011/12[26] | 2010/11[27] |
---|---|---|---|---|---|
14 | 22 | 21 | 17 | 17 | 22 |