Maks Rimelt

Maks Rimelt (alm. Max Riemelt‎; * 7 yanvar 1984 - Şərqi Berlin) - Almaniyalı kino aktyor.

Maks Rimelt
alm. Max Riemelt
Doğum adı Maks Rimelt
Doğum tarixi (40 yaş)
Doğum yeri Berlin, Almaniya Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1997Bu günə kimi
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
IMDb ID0726262
maxriemelt.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maks Rimelt Berlin şəhərində anadan olub və indiyə kimi öz doğma şəhərində yaşayır. Onun bir qızı var[1].

Maks heç bir teatr məktəbində təhsil almayıb. Buna baxmayaraq, o özünün ilk aktyorluq fəaliyyətini hələ 11 yaşında, oxuduğu məktəbin teatr dərnəyində həyata keçirmiş və orada bir çox tamaşalarda iştirak etmişdi[1]. Geniş tamaşaçı auditoriyasına Maks Rimeltin adı 1998-ci ilin Milad bayramı günü təqdim olunan "İki tənha məşhur" adlı miniserialın təqdimatından sonra tanınmışdı. Serialın ardınca Maks tezliklə 50-dən artıq fərqli film və televiziya proyektlərində iştirak etməyə dəvət almışdı. Çəkilişlə parallel olaraq Maks uğurla təhsili davam etməyi özünə məqsəd qoymuşdu. 2007-ci ildə o aktyor peşəsində tam iş saatını götürərək, hərbi xidmətdən imtina etmiş və bundan sonra məktəb təhsilini tamamilə dayandırmağı qərara almışdı. Buna baxmayaraq onun orta təhsil aldığını təsdiq edən diplomu var.

1997-ci ildə 13 yaşı olarkən «Öpüş üçün ailə» filmində debyut rol almışdı. İki il sonra «Ayı qaçdı» macəra filmində çəkilmişdi. 2001-ci ildə «Amerikan piroqu»[2] ruhunda rejissor və ssenari müəllifi Dennis Qanzel tərəfindən çəkilmiş Qızlar qızlar filmində baş rol almışdı. Bir sıra telesriallarda («Volf qanunu», «Kobra») ikincidərəcəli rol aldıqdan sonra, o yenidən Dennis Qanzellə iş birliyi bağlamışdı[3]. 2003-cü ildə dram janrında çəkilmiş «Ölüm akademiyası» filmində baş rol alır. Məhz bu film üçün Karlovı Varı Beynəlxalq film festivalında Ən yaxşı aktyor nominasiyası üzrə qalib gəlir[4]. 2010-cu ildə Maks yenidən Qanzel ilə birgə işləyərək, «Gecənin dadı» filmində vampir rolunu oynayır.

Dennis Qansel ilə yanaşı, Rimeltin bədii inkişafını təşviq edən rejissorları sırasına həmçinin Dominik Qraf da daxildir. 2006-cı ildə o aktrisa Cessika Şvarts ilə birgə Dominik Qraf tərəfindən yaradılmış Qırmızı kakadu adlı romantik-dram filmində çəkilmişdi. 14 fevral 2006-cı ildə Berlin kino festivalında «Qırmızı kakadu» filminin premyerası uğurla baş tutmuşdu[5]. Filmindəki performansıyla (Maks bu filmdə "Ziggi" rolunu oynayırdı), o 2006-cı ildə Bavariya Film festivalının "Ən yaxşı gənc kişi aktyor" mükafatına layiq görülmüşdü[6]. Qraf və Rimelt 2008-ci ildə öz birgə əməkdaşlığını "Cinayət qarşısında" adlı triller janrlı filmin çəkilişləri ilə davam etdirdi.

Lakin əsl məşhurluq ona 2013-cü ildə rejissor Ştefan Lakantın Sərbəst eniş filmində Kai Engel adlı homoseksual oğlan rolu gətirmişdi.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • 2013-cü ildə Glamour jurnalı özünün illik siyahısını açıqlayaraq, 100 "Ən seksual gənc aktyor" iştirakçı içərisinə Maks Rimelti də əlavə etmişdi[7].
  • Alman tabloidləri Maksın rəfiqəsinin "deyəsən bir az hamilə olduğunu" açıqlamışdı. Cütlüyə yaxın olanlar bu məlumatı təsdiqləmişdilər[8].
  • Jurnalistlərin müğənni PSY-ya verdiyi "Hansı məşhurun Gangnam Style'da görmək istərdiniz?" sualına o "Maks Rimelt" - deyərək cavab vermişdi. Bundan sonra Maks gizli olaraq bu rəqsi təcrübə etdiyi deyilir[9].
  • 1997: Öpüş üçün ailə
  • 1997: Büllovbogen təcrübəsi
  • 1998: İki tənha məşhur
  • 1999: Bütün ürəkləri əridən Milad nağılı
  • 1999: Ayı qaçıb
  • 2000: Yanan susqunluq
  • 2001: Qızlar, qızlar
  • 2001: Atam və digər fırıldaqçılar
  • 2002: Alfa qrupu – Respekt
  • 2002: Seksteyşi
  • 2002: Balko - və ya Cırtdanların zəhəri
  • 2003: Fəryad edən günəş
  • 2003: Appassionata
  • 2003: Wolffs Revier – Au Pair
  • 2003: Kobra 11 üçün həyəcan
  • 2003: Bütün Dostluq növlərində – və ya Mən səni sevirəm, Ana!
  • 2003: Xoşbəxtlik üçün lotereya bileti
  • 2004: Noyland (Qısametrajlı film)
  • 2004: Qızlar, qızlar 2
  • 2004: Ölüm akademiyası
  • 2005: Düşmənlər (Qısametrajlı film)
  • 2005: Halle şəhərinin kometləri
  • 2005: Dərinliklər
  • 2006: Pamirin faciəsi
  • 2006: Qırmızı kakadu
  • 2006: Kriminalçı – və ya Düşmüş mələk
  • 2005: Almaniyanın Shooting Star Mükafatı
  • 2006: Bavariya film Mükafatı - Qırmızı Kakadu filmində ən yaxşı kişi rolu üzrə
  • 2007: Sixth Marrakesh International Filmfestival: Ən yaxşı kişi rolunun ifası üzrə Mükafat
  • 2008: Dalğa filmi üzrə Undina Film Festivalında Bədii filmdə ən yaxşı gənc aktyor mükafatı
  • 2010: Xüsusi performans göstərən aktyor kateqoriyası üzrə Almaniya Televiziya mükafatı.
  • 2011: Grimme-Preis - Cinayət qarşısında filmində baş rola görə
  • 2013: Sərbəst eniş filmində baş rola görə Hanno Koffler ilə birgə Günter Rorbax mükafatı
  • Béatrice Ottersbach, Thomas Schadt, Nina Haun (2007), Max Riemelt: „Man muss lernen, sein Selbstwertgefühl nicht über die Schauspielerei zu definieren“ in Schauspieler-Bekenntnisse, Uvk
  1. 1 2 Biografie Arxivləşdirilib 2011-10-22 at the Wayback Machine (alm.) на сайте www.filmportal.de
  2. Mädchen Mädchen Arxivləşdirilib 2011-02-24 at the Wayback Machine (alm.) на сайте www.filmportal.de
  3. «Академия смерти» Arxivləşdirilib 2007-08-15 at the Wayback Machine на Metacritic.com(ing.)
  4. 39th Karlovy Vary IFF[ölü keçid] (ing.) на официальном сайте кинофестиваля
  5. Release dates for Der rote Kakadu Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine (ing.) на сайте Internet Movie Database
  6. Pressemitteilung Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine (alm.) на сайте премии «Bayerischer Filmpreis»
  7. [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net
  8. [2] Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net
  9. [3] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]