Sərbəst eniş (alm. Freier Fall) — rejissor Ştefan Lakantın 2013-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Hanno Koffler, Maks Rimelt və Katarina Şüttler oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyada 23 may 2013-cü ildə baş tutmuşdu.
Sərbəst eniş | |
---|---|
alm. Freier Fall | |
Janr | dram |
Rejissor | Ştefan Lakant |
Ssenari müəllifləri |
Karsten Dalem Ştefan Lakant |
Baş rollarda |
Hanno Koffler Maks Rimelt Katarina Şüttler |
Operator | Sten Mende |
Bəstəkar | Dürbeck & Dohmen |
Rəssamlar |
Petra Bok-Hofbauer Bettina Marks Bele Şnayder |
İstehsalçılar |
Kurhaus Production SWR – Südwestrundfunk |
İlk baxış tarixi | 8 fevral 2013[3], 23 may 2013[4] |
Filmin növü | tammetrajı bədii film |
Müddət | 101 dəq. |
Büdcə | 599,721 $[1] |
Gəlir | 599.721 $[5] |
Ölkə | Almaniya |
Dil | almanca |
İl | 25 may 2013[2] |
Rəng | rəngli |
IMDb | ID2617828 |
Sərbəst eniş rejissor və ssenari müəllifi Ştefan Lakantın ilk genişmetrajlı filmidir və 2013-cü ilin payız aylarında SWR-də nümayiş olunmuşdur. Ümumilikdə, film Baden-Vürtembergin Filmproduktionsfirma və Südwestrundfunk tərəfindən yarıyacan maliyyələşdirilmişdi. Buna görə də, filmin çəkilişlərinin hansı Bundeslandda cərəyan edəcəyi artıq məlum idi. Film Lüdviqsburqun ətrafında, 2012-ci ilin yay aylarında çəkilmişdir və 2013-cü ilin fevral ayında, Berlinale Film festivalının "Perspektiv Alman Kinosu" bölməsində açılışı təşkil edilmişdi.
Ümumilikdə, "Sərbəst eniş" filminə kinotənqidçilər müsbət rəy vermişlər. 2013-cü ildə Rotten Tomatoes saytı tərəfindən 87% Təsdiq edilmiş freş səs qazanmışdı. Metacritic isə ümumilikdə orta qiymətləndirərək, aktyor Maks Rimeltə 100 baldan 66-nı, Hanno Kofflerə isə 46-nı vermişdi.
Mark Borqman 36 yaşlı polis işçisidir. Onun həyat yoldaşı Bettina Bişof hamilədir. Cütlük birlikdə yaşayır, lakin bir az valideynlərindən uzaqlaşmaq üçün onlar yeni evə köçürlər. İşdə Markın problemi var: o ləng qaçdığından birinci yeri qazana bilmir. Bir gün Mark ixtisasartırma kurslarında Kay (Kai) Engel adında yeni polislə tanış olur. Kay Markla bir otaqda qalır və onlar tezliklə dostlaşırlar. Kay ona təklif edir ki, işdən sonra meşədə birlikdə qaçışa çıxsınlar, çünki Markın doğrudan da qaçışla problemi var. Səhər məşqi zamanı Mark onlar arasında kiçik anlaşılmazlıq yaranır. Axşam iş bitdikdən sonra, Mark yenidən Kay ilə görüşür və olanlara görə üzr istəyir. Kay cibindən marixuana çıxararaq, onu Marka təklif edir, amma o bundan imtina edir. Səhər onlar birgə meşəyə gedərək orada qaçış düzənləyirlər. Kay bütün gücü ilə Markı daha cəld qaçmağa ruhlandırır. Meşədə bir az istirahət edən zaman, Kay Markı öpür. Mark bundan çəkinərək, onun nə etdiyini soruşur, Kay isə bunun sadəcə zarafat olduğunu deyir. Axşam bunların hamısını yaddan çıxarmaq üçün Mark Bettina ilə sevişir.
Markın bacısı Klavdiya cütlüyün yeni evinə gələrək video çəkiliş düzənləyir. Qardaşı Frank da yeni evə mebelləri gətirməyə kömək edir. Axşam isə onlar ailəliklə boulinq oynamağa gedirlər.
İşdə mühazirə zamanı Mark iş dostları arasında Kayı tapmır və onunla trenajor zalında məşq edərkən görüşür. Kay yenə onunla birgə meşədə qaçmağı təklif edir. Mark əvvəlcə bu təklifdən imtina etsədə də, sonradan özünün ləng olmasını anlayaraq, razılaşır. Meşədə Kay onu öpərək, ona masturbasiya edir, Mark yaranan yeni bir hissdən bir az şok keçirir və oradan qaçıb gedir.
Tezliklə işdə boş olan vakant yerə Kay rəsmi olaraq işə götürülür. Mark bundan bir az əsəbləşir və soyunub-geyinmə otağında onu görərək, onun burada nə etdiyini soruşur. Axşam Mark qardaşı Frankla, onun həyat yoldaşı və Bettina ilə yenidən boulinq oynamağa gedirlər. Bir az keçdikdən sonra, Bettina köhnə rəfiqəsi Britti giriş qapısında görür. Britt dostu Kay ilə onlara yaxınlaşır. Yenidən Kay ilə görüşən Mark yenə əsəbləşir, amma bunu həyat yoldaşının yanında bildirməməyə çalışır. Axşam evdə Bettina Markdan "onunla eyni kursda oxuyan Kay haqqında əvvəllər niyə danışmadığını" soruşur, o isə "dərslərdə onun məni bezdirdiyini" deyir. Bettina isə onun belə düşünmədiyini, əksinə Kayın çox sevimli olduğunu deyir.
Karate dərsi zamanı Mark Kay ilə məşq edir. Lakin öz əsəblərini cilovlaya bilməyən Mark, ona şillə vuraraq yerə yıxır. Məşqçi bunu görərək onları ayırır. Məşq bitdikdən sonra, Kay onun yanına gələrək, onun bu boş vakant yerə gəlməməli olduğunu deyir. Mark, özündə Kaya qarşı dostluqdan daha böyük hiss yarandığını anlamağa başlayır. O avtomobilinə minərək evə gəlir. Arvadının çarpayıda yatdığını görən Mark, meşəyə, Kay ilə görüşə getməyi qərara alır. Meşəyə gəldikdə, o Kayın artıq orada olduğunu görür. Birdən onda Kaya qarşı güclü sevgi hissi oyanır və onunla orada cinsi əlaqəyə girir. Şəhərə qayıtdıqda artıq bir neçə saat keçir və Mark başa düşür ki, arvadının hamilə qadınlar üçün getdiyi idman zalına gecikib. Zalın qapısını açdıqda o arvadının başqa cütlüklər arasında tək olduğunu görür və təz onun yanına qaçaraq ona kömək edir. Dərslər bitdikdən sonra, Bettina əri ilə dalaşır. O bildirir ki, həmin zalda, əri ilə birgə gəlmiş yüzlərlə qadın arasında özünü "yalqız, ərsiz arvad" kimi hiss edirdi.
Mark artıq doğrudanda Kaya aşiq olduğunu anlayır; o onunla birgə qaçmağı, sevişməyi çox sevir, arvadına isə artıq əvvəlki hisslərini itirdiyini anlayır. Kay "əgər evdə sıxılarsansa" — deyərək, ona öz evinin açarlarını verir. Gecə onlar diskotekaya gedərək, orada əylənir, sonra isə tualetə girərək orada sevişirlər. Mark yorğun halda evə gəlir və yatır. Arvadı ona kömək etməsi üçün, onu oyandırmağa çalışsa da, bunu edə bilmir. Bettina əlacsız qalıb, evin divarlarını tək boyamağa məcbur olur. Yuxudan duran Mark arvadının tək yerdə oturaraq divarları boyadığını görür və buna çox üzülür. Mark ondan üzr istəyir, ancaq Bettina əsəbləşərək, onu yerə itələyir. Arvadı nə baş verdiyini, onun niyə evə gec gəldiyini və ondan niyə alkoqol iyi gəldiyini soruşur. Onun başqa qadınla gəzdiyini deyir, Mark isə bunun doğru olmadığını bildirir. Bettina inanmayaraq, onun mobil telefonuna gələn zəngləri yoxlayır. Zənglər içərisində yalnız Kayın nömrələrini görən Bettina şübhələnir.
Səhəri Bettina ultrasəs müayinədən keçir. Həkim otaqdan çıxdıqdan sonra, Marka "onun Kay ilə işdən başqa hansı əlaqəsi olduğunu" soruşur. Mark onunla işdən sonra qaçdığını və bunun heç bir problem yaratmadığını deyir.
Bettina oğlan uşağını dünyaya gətirir. Mark xoşbəxtdir. İşdə Limpinskidən və digər iş yoldaşlarından, həmçinin Kaydan təbrik alır. Yeni doğulmuş uşaq Markın həyatını yenidən dəyişir, o artıq bir müddət Kayı unudur. Bir gün avtomobillə gedərkən, o arxasında Kayın avtomobilini görür. Kay maşını ondan qabaqda saxlayır və Mark az qala ona çırpılır. Əsəbi halda o avtomobildən çıxaraq Kaya yaxınlaşır və bunu niyə etdiyini soruşur. Kay, artıq uzun müddət ondan SMS belə almadığını və onun üçün çox darıxdığını deyir. O Marka, onun homoseksual olduğunu etiraf etməsini istəyir, lakin Mark onu vuraraq, ondan əl çəkməsini istəyir. Axşam Kay evə gəldikdə, qonaq otağında Markın əyləşdiyini görüb təəccüblənir. Mark onunla sevişməsinin bir səhv olduğunu deyir. Kay isə onu sevdiyini etiraf edir.
Limpinski isə bu vaxt polis işçilərinə təcili xəbər yayır: o hamıya Kayın homoseksual olduğunu deyir. İctimai yemək zalında, Limpinski Kaya sataşır və onlar arasında mübahisə düşür. Mark araya qarışaraq, onları ayırmağa çalışır və Limpinski təsadüfən onun burnuna vuraraq qanadır. Xəstəxanada Kay Markın yanına gəlir. Bir az birlikdə oturub söhbət etdikdən sonra, Mark tezliklə anasının gələcəyini deyir və Kay onunla razılaşaraq getmək istəyərkən Mark onu saxlayaraq onunla öpüşür. Markın anası doğrudan da, elə bu vaxt gəlir və oğlunun digər bir oğlanla öpüşdüyünə şahid olur. O bir az şoka düşərək tələsik liftə minir və aşağı düşür. Mark onun dalınca qaçaraq söhbət etməyə çalışır. Anası "onu illərlə homoseksual olacağına görə böyütmədiyini" deyir. Mark isə cavabında belə köhnəfikirlikdən azad olduğunu bildirir və çıxıb gedir.
Markın körpəsinin şərəfinə düzənlənən şənliyə bütün dostlar təşrif buyururlar. Şənliyə gələn Limpinski, qonaqlar içərisində Kayı görüb çox əsəbləşir və ona lağ edir. Markın valideynləri də bu haldan razı deyillər. Onlar Kayı yanlarına çağıraraq, onun Markdan əl çəkməsini istəyirlər. Kay isə Markı sevdiyini bildirir. Yaranan münaqişəyə Mark özü şahid olur və Kayın getməsini xahiş edir. Mark artıq özü anlayır ki, o iki sevgi hissi arasında parçalanır və buna görə də dözməyib Bettinaya hər şeyi etiraf edir. Bettina eşitdiklərinə inanmaq istəmir; o uşağı özü ilə götürərək Frankgilə gedir. Bettina belə yaşaya bilməyəcəyini deyir və Mark onunla razılaşır. Mark sonda bütün bu vaxt ərzində Kayı sevdiyini anlayır. O, Kayın evinə gedir və qapısını döyür. Qapını heç kəs açmadığından, Mark onu sındıraraq içəri daxil olur və onun bu evdən artıq köçdüyünü görür. Mark o zaman əsl sevdiyi insanı itirdiyini də anlayır...
Mark yenə qaçışla məşğuldur. Və bu dəfə o bütün rəqiblərini üstələyərək, hamıdan yaxşı qaçır.
"Rejissor Ştefan Lakantın müsahibəsindən."[6]
Mark Borqman — filmin baş qəhrəmanı. Onun həyatı plan üzrə gedir, onu sevən həyat yoldaşı, valideynlərindən ayrı bir evi var. Franz Hofer Mükafatında iştirak etmiş jürinin söylədiyinə görə, Hanno Kofflerin fiziki varlığı və intuitiv həssaslığı ilə bu rolu ilə kiçik bir hadisə yaratmışdı[7]. Bu idillistik həyat onun işlədiyi yerə yeni bir işçinin gəlməyi ilə tamamilə dəyişilir. O artıq seçim arasındadır: o ya sevdiyi Bettina ilə qalmalı və ya ondan ayrılıb Kayın yanına getməlidir.
Kay Engel — filmin baş qəhrəmanı. Kay — homoseksualdır və o özünə etibarlı dost axtarır. Polis operativ dəstəsində işə qəbul olduqdan sonra, o Mark ilə tanış olur və onu sevir. Lakin Markın qətiyyətsizliyi və onunla özünün gələcəyinin qeyri-müəyyən olacağını anlayan Kay, sonda bu işdən çıxaraq başqa yerə getməklə ilə bitir.
Bettina Bişof — Markın həyat yoldaşı. Bir az avam və sadəlövh görünsə də, o əslində bütün güvvəsi ilə tam ailə yaratmaq arzusu ilə yaşayır. Ərinin son vaxtlar ona soyumasını görən Bettina, onun başqa qadınla eşqbazlıq etdiyini düşünərək qısqanclıq edir, amma sonda ərinin qadınla deyil, kişi ilə romanı olduğu öyrəndikdə, o təmamilə təəccüb içərisində qalır və ərinə seçim etməsini tələb edir.
İnge Borgman — Markın anası. İnge daha çox konservativ ailədə böyüdükdən, öz oğlunu da belə tərbiyə etməyə çalışır, buna görə də Mark Bettina ilə yaxınlıqda bir ev alaraq oraya köçürlər. Oğlunun Kay ilə görüşdüyü görən İnge bunu heç cür qəbul edə bilmir və Kaya oğlundan əl çəkməsini tələb edir.
Qreqor Limpinski — Mark ilə birgə operativ dəstədə çalışır. Qadın düşkünü və açıq homofobdur. Kayı lağ etdiyinə görə Mark onunla mübahisəyə girir və Qreqor onu vəhşicəsinə döyür. Bundan sonra onu işdən qovurlar.
Aktyor | Rol |
---|---|
Hanno Koffler | Mark Borgman |
Maks Rimelt | Kai Engel |
Katarina Şüttler | Bettina Bişof |
Li Tergesen | Vinsent Kori |
Oliver Brökker | Frank Rihter |
Stephani Şönfeld | Klaudia Rihter |
Britta Hammelştayn | Britt Rebmann |
Şenya Laher | Qreqor Limpinski |
Maren Kroymann | İnge Borqmann |
Luis Lampreht | Volfqanq Borqmann |
Vilmar Bieri | Lotar Bişof |
Attila Borlan | Verner Brandt |
Horst Krebs | Bernd Ayden |
Samuel Şnepf | Benno Borqmann |
"Rejissor Ştefan Lakantın müsahibəsindən"[8]
Markın rəfiqəsi çox əsəbidir. Gecikdiyindən, rəfiqəsi hamilə qadınların birgə qəbul etdikləri dərsdə tək qalmışdı. Söyüb, lənət edərək, Lüdviqsburq xəstəxanasının avtomobil dayanacağının yanından keçir. Markın həyat yoldaşı Bettinanın əsl adı — əsli Kölndən olan Katarina Şüttler, Markın özünü Berlində doğulan aktyor və musiqiçi Hanno Koffler, Kay rolunda isə Şərqi Berlində anadan olmuş aktyor Maks Rimelt baş rolları oynayırlar[9].
Sərbəst eniş rejissor və ssenari müəllifi Ştefan Lakantın ilk genişmetrajlı filmidir və 2013-cü ilin payız aylarında SWR-də nümayiş olunacaq[10]. Ümumilikdə, film Baden-Vürtembergin Filmproduktionsfirma və Südwestrundfunk tərəfindən yarıyacan maliyyələşdirilmişdi. Buna görə də, filmin çəkilişlərinin hansı Bundeslandda cərəyan edəcəyi artıq məlum idi[9]. Film Lüdviqsburqun ətrafında, 2012-ci ilin yay aylarında çəkilmişdir və 2013-cü ilin fevral ayında, Berlinale Film festivalının "Perspektiv Alman Kinosu" bölməsində açılışı düzənlənmişdi[11].
Məhz Pedaqoji Universitetə görə, filmin çəkiliş yeri Ludviqsburq şəhəri seçilmişdi. Həmçinin aydın idi ki, filmin digər səhnələri də bu şəhərdə çəkiləcək. Markın evi əslində Baden-Vürtemberqin kommunası olan Nekkarvesthaymda icarəyə götürülən bir ev idi. Boulinq klubu isə Leonbergerştrassedə yerləşirdi. Aktyor Hanno Kofflerin sözlərinə görə, o Lüdviqsburqdan elə də çox bir şey almasa da, orada çəkilən məkanlar yaradıcılıq üçün əla bir yer olaraq, filmdə çox gözəl motivlər verdi[9].
2013-cü ilin Kann Kino Festivalı zamanı, film öz yayım hüquqlarını ABŞ-nin (Wolfe), Fransanın (KMBO), Böyük Britaniyanın (Peccadillo), Niderlandın (Cinemien), Polşanın (Tongariro), İsveçrənin (Xenix) və Danimarkanın (Reel Pictures) şirkətlərinə satmışdı[11].
Bəstəkar Dürbeck & Dohmen'in musiqisi təsiredici atmosfer, operator Sten Mende isə aktyorların açılışına geniş bir məkan yaradır[12].
Sərbəst eniş | |
---|---|
| |
Yayımlanma tarixi | 2013[13] |
Janr | film musiqisi |
Müddət | 35 dəqiqə |
Prodüser | Dürbeck & Dohmen16 |
Filmdə istifadə olunmuş musiqilər Sərbəst eniş adlı albomda satışa çıxarılmışdır. Mahnıların bəstəkarı Dürbeck & Dohmen qrupudur.[14] Alboma 16 kompozisiya daxildir:
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
eMusic | |
Google Play | |
iTunes Germany |
"Die Zeit" qəzeti bu filmi Oskar mükafatı qazanmış Qozbel dağ filmi ilə müqaisə edir və eyni zamanda qeyd edir ki, film yalnız LGBT auditoriyasına deyil, daha da geniş tamaşaçı auditoriyasına nəzərdə tutulmuşdur.[15] “3sat” saytında isə qeyd edilir ki, “Qozbel dağ filminə Almaniyadan bir cavab“ gəldi.[16]
RBB radiosu film haqqında "Berlinalenin ən gözəl sevgi cütlüyü" deyə bəhs edir.[16] “Die Tageszeitung” qəzetində isə "İkincidərəcəli rol təsvirlərinin silkələmə gücü — təsir bağışlayıcıdır." deyə vurğulanır.[16]
"Yeni sevgi, yeni çətinliklər. Lakin, hekayənin böyük bir hissəsi o qədər özünəməxsus və təbii təsvir edilib ki, heç bir dejavü hissi yaratmır. Rejissor Ştefan Lakant bu üçtərəfli dramı belə şərh edir: "Homofob əhval-ruhiyyəli kiçik şəhərcik mühitində yaşanan qarışıq hisslər aktyor heyəti tərəfindən o qədər canlı oynanılıb ki, hekayənin özü artıq izləyicidə fatal sonluq haqqında təsəvvür yaradır." [17]
"Stern" jurnalında isə yazılır: “Filmdə söhbət narahatlıq, ümidsizlik və önyarğılı cəmiyyətdə sevgi və ehtirasın dağıdıcı qüvvəsindən gedir. Hanno Koffler [...] filmdə, gözlənilmədən həyatı qarışan mark rolunu oynayır. Maks Rimmelt [...] ehtiraslı və çılğın sevgi hissinə qapılmış Kai obrazını canlandırır və Markın qətiyyətsizliyi ucbatından onun ilk sevgisi uğursuz olur. Sadə və bir mövzu üzərinə konsentrasiya olunmuş “Sərbəst eniş” filmində hadisələr inanılmaz dərəcədə axıcı bir dillə və emosianal şəkildə nəql edilir. Markın həyat yoldaşı (Katarina Şüttler) ərinin ikili həyat yaşadığını aşkarladıqda seçim qarşısında qalır. Ümumiyyətlə onun hər hansı bir seçimi varmı?”[18]
"Die Tageszeitung" qəzeti yazır: “Rejissor Ştefan Lakantın “Sərbəst eniş” filmi bütün streotipləri qıraraq sevgi hekayəsini elə çatdırır ki, izləyicilər üçün fiqurların seksual oriantasiyası kifayət qədər aydın olur və adətən “gey filmləri” adlandırılan digər filmlərlə müqayisədə daha kişisayağı görünür. Film məzmunun təsdiqlənməsi üçün lazım olan tipik səhnələrlə yüklənməyib, həmçinin, cəmiyyətin nifrətindən doğan tragik sonluqla bitən banal hekayəni də anlatmır. Xeyr, Ş. Lakant, yenidən aşiq olan və yeni eşqi tərəfində həyatı dağıdılmış bir kişinin sadə hekayəsini çatdırır.” [19]
"Der Spiegel" qəzeti isə film haqqında yazır:
“Sərbəst eniş” filminin yaxşı olmasını və ya nə dərəcədə yaxşı olmasını demək bir qədər çətindir. Çünki, aktyorlar Hanno Koffler, Maks Rimmelt və Katarina Şüttler o qədər yaxşı oynayırlar və üçlükdə rollarını o qədər yaxşı ifa edirlər ki, düşünürsən ki, ola bilsin film özü onlara bu şəraiti yaratmışdır. Bu bir faktdır ki, xüsusilə alman filmlərində çox nadir hallarda bir subyekt (aktyor) hansısa rola son dərəcə uyğun olur, lakin, bu aktyor üçlüyü çox rahat şəklində öz rolunun öhdəsindən gəlmişdir. Əgər problemlər “Sərbəst eniş” filmindəki kimi yüngül, axıcı dillə nəql edilərsə izləyici üçün yorucu təsir bağışlamır. Lakant sadəcə olaraq “Polis sektorunda homoseksualizm”dən bəhs etmir, o daha çox bitərəf mövqe tutaraq, üç nəfərin mümkün olmayan xoşbəxtlik xəyallarından danışır: Kay özünə sadiq dost axtarır, Bettina isə əri Markla birgə tam ailə olmaları arzusundadır. “Sərbəst eniş” isə bütün arzuları məhv edir və bunların hətta arzulanması üçün ümid yeri belə qoymur.” [20]
Frankfurter Allgemeine Zeitung qəzaetindən Hans-Jörg Rother yazır: "Rejissor Ştefan Lakantın ilk bədii filmi təzadlı əhəmiyyətliyi, dialoqların daxili keyfiyyəti və daxili silkələnmə yaradan səhnələri ilə ciddi təsir bağışlayır. Hər şeydən əvvəl, film geniş planda insanın öz həyatını idarə etməsinin necə çətin olduğunu, qarşılıqlı inam olmadığı şəraitdə ailəni saxlamağın mümkünsüzlüyü, sınaqlar və növbəti eniş zamanı insanın özünü uçurumdan buraxmasını təsvir edir."[21]
"Critic.de"-dən Danny Gronmaier yazır: "İlk yarım saatdan sonra, əsl dramatik traktovkanı anladıqda aydın olur ki, burda yol ayrıcında edilmiş seçimlərdən sonra, yaşanan konfliktlər heç də gözlənilməz deyil. Və, əgər “Sərbəst eniş” filminin süjetinə diqqətlə nəzər yetirsək, görərik ki, burdakı fiqurların heç biri, digərinə oxşamır: anasının yaratdığı avam mikrokosmosda yaşayan (“Biz səni bunun üçün böyütməmişik!”) latent homoseksual, saf-passiv qadın və homofob kolleqalar bir-biri ilə münasibətdə tam antoqonist mövqedə dayanırlar."[22]
Ümumilikdə "Sərbəst eniş" filminə kinotənqidçilər müsbət rəy verdilər. 2013-cü ildə Rotten Tomatoes saytı tərəfindən 87% Təsdiq edilmiş freş səs qazanmışdı[23] . Metacritic isə ümumilikdə orta qiymətləndirərək, aktyor Maks Rimeltə 100 baldan 66-nı, Hanno Kofflerə isə 46-nı vermişdi.[24][25]
Mükafat[26] | |||
---|---|---|---|
Mükafat | Kateqoriya | Resipient | Nəticə |
Baden-Baden TV Film Festivalı | MFG Star[27] | Ştefan Lakant Kurhaus Production |
Namizəd |
Berlin Beynəlxalq Film festivalı | Ən yaxşı debyut film | Ştefan Lakant Kurhaus Production |
Namizəd |
Jury mükafatı | Ən yaxşı rejissor işi üzrə Teddy mükafatı[28] | Ştefan Lakant Kurhaus Production |
Namizəd |
Philadelphia International Gay & Lesbian Film Festival | Ən yaxşı tammetrajlı film | Ştefan Lakant | Qazandı |
Schwerin Art of Film Festival Mükafatı | Ən yaxşı rejissor işi üzrə | Ştefan Lakant Kurhaus Production |
Qazandı |
Film həmçinin bir çox festivallarda da iştirak etmiş və bir sıra mükafatlar qazanmışdı[26]. Onların içərisində:
Almaniyada 5 dekabr 2013-cü ildə film Blu-ray formatında, 9 dekabrdan isə Amazon.com saytında satışa çıxarılıb.[33][34] Amazon.de rəsmi saytının yerləşdirdiyi "dram janrında 100 bestseller film" içərisində Sərbəst eniş 30 pillədə durur[35].
2015-ci ilin fevral ayında "Sərbəst eniş" filminin rejissoru Ştefan Lakant mətbuata açıqlamasında filmin davamının çəkilməsi məsələsinin gündəmdə olduğunu bildirmişdir: “Xeyli fikirləşdikdən sonra, nəhayət ki, filmin davamının çəkilməsi qərarını verdik. İstehsalçılar Deniel Riç və Kristof Holhofla birlikdə izləyicilərdən gələn minlərlə sevgi məktubunu nəzərə alaraq iki gənc polisin sevgi hekayəsinin davam etdirilməsi gərəkdiyini düşünürük. Buna görə də yaxın aylarda "Crowdfunding" şirkəti ilə birlikdə filmin istehsalına başlayacayıq”[36][37][38].
Facebook sosial şəbəkəsində verdiyi açıqlamada prodüser deyir ki, "Etiraf edim ki, başlanğıcda biz Kay və Markın sevgi hekayəsinin davamına inanmırdıq. Lakin, bu il biz yenidən hamımız bir yerə toplaşıb ideyanı müzakirə etdik və konsepsiyanı hazırladıq, bundan sonra ikinci filmin reallaşdırılması ideyası inandırıcı görünməyə başladı".