Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim.
Maksim Şamil | |
---|---|
Cabbarov Şamil Hümbət oğlu | |
Doğum adı | Maksim |
Doğum tarixi | 9 mart 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 2022 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşaqları | Ceyhun, Cabir, Qətibə |
Atası | Hümbət Cabbarov |
Təhsili |
|
Fəaliyyəti | şair, müəllim |
Fəaliyyət illəri | 1979–2022 |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü |
|
Mükafatları |
Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir.
1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.[1]
Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir.
Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir.
"Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur.