Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar[ing.], departament Sarta) — fransız rəssam-impressionist.
Maksim Mofra | |
---|---|
fr. Maxime Maufra | |
Doğum tarixi | 17 may 1861[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1918[1][2][…] (57 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, qravüraçı[d], litoqraf, dizayner, qrafika ustası[d], incəsənət xadimi |
Təhsili |
|
Janrlar | Marina, peyzaj |
Stil | Pont-Aven məktəbi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır. 1894-cü ildə Parisdə yerləşən Le-Bark-de-Butvil qalereyasında Mofranın ilk şəxsi sərgisi keçdi. 1896-cı ildə Mofra öz rəsm əsərlərini Paris salonunda sərgilədi.