Makura no Danshi

Makura no Danshi (枕男子?, ədəb. "Yastıq oğlanlar")Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud FabricFeel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb.

Makura no Danshi
枕男子
Janr komediya, fentezi, harem
Anime
ProdüsserEarth Star Entertainment
SsenaristYuniko Ayana
Ayumi Sekine
StudiyaFeel
KanalTokio MX, SUN-TV
Buraxılış tarixi13 iyul 201528 sentyabr 2015
Seriyalar12 (seriya siyahısı)
  Anime və manqa portalı

Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır.[1]

  • Mari/Merri (めりぃ, Merii?, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
  • Sosuke Tanaka (田仲 聡輔, Tanaka Sosuke?, Səsləndirən: Daysuke Namikava): Senpay oğlan. Onun 32 yaşı var. O, 2-ci seriyada meydana çıxmışdır.
  • Kanade Hanamine (花嶺 奏, Hanamine Kanade?, Səsləndirən: Yoşimasa Hosoya): Musiqi oğlan. Onun 18 yaşı var. O, 3-cü seriyada meydana çıxmışdır.
  • Eyci Kicinami (雉子波 瑛治, Kicinami Eyci?, Səsləndirən: Sora Takahata): Dialekt oğlan. Onun 14 yaşı var. O, 4-cü seriyada meydana çıxmışdır.
  • Ryuuşi Teodor Emori (永守・T・隆士, Emori Teodoru Ryūshi?, Səsləndirən: Yuyçiro Umehara): Astronom oğlan. Onun 20 yaşı var. O, 5-ci seriyada meydana çıxmışdır.
  • Yuu Mayki (舞木 ユウ, Maiki Yu?, Səsləndirən: Yoşitsuqu Matsuoka): Xuni oğlan. Onun 15 yaşı var. O, 6-cı seriyada meydana çıxmışdır.
  • Haruto Enokava (可愛川 晴人, Enokava Haruto?, Səsləndirən: Ayumu Murase): Xerub oğlan. Onun 5 yaşı olacaq. O, 7-ci seriyada meydana çıxmışdır.
  • Nao Sasayama (笹山 直央, Sasayama Nao?, Səsləndirən: Nobunaqa Şimazaki): Riadzyü oğlan. Onun 21 yaşı var. O, 8-ci seriyada meydana çıxmışdır.
  • Şirusu Moçizuki (望月 識, Mochidzuki Şirusu?, Səsləndirən: Kosuke Toriumi): Kitabxanaçı oğlan. Onun 28 yaşı var. O, 9-cu seriyada meydana çıxmışdır.
  • Yonaqa Çiqiri (千切 夜長, Çiqiri Yonaqa?, Səsləndirən: Daysuke Kişio): Gül kompozisiyası oğlanı. Onun 17 yaşı var və Yayoinin əkiz qardaşıdır. Əkiz qardaşı ilə birlikdə 10-cu seriyada meydana çıxmışdır.
  • Yayoy Çiqiri (千切 夜宵, Çiqiri Yayoi?, Səsləndirən: Şinnosuke Taçibana): Gül kompozisiyası oğlanı. Onun 17 yaşı var və Yanoqonun əkiz qardaşıdır. Əkiz qardaşı ilə birlikdə 10-cu seriyada meydana çıxmışdır.
  • Yuyçiro İida (飯田 由一郎, İda Yuiçiro?, Səsləndirən: Toşiyuki Morikava[2]): Yatai oğlan. Onun 41 yaşı var. O, 11-ci seriyada meydana çıxmışdır.

Animenin 2015-ci ilin may ayında buraxılması güman olunsa da, bəzi səbəblərdən iyul ayında ekranlara çıxmışdır. Serial Assez Finaud FabricFeel şirkəti tərəfindən istehsal olunmuşdur. Serialın prodüseri Earth Star Entertainment şirkəti, ssenari müəllifləri isə Yuniko Ayana və Ayumi Sekinedir. Personajların dizayneri Mika Yamomoto olmuşdur.[3][4] Serialın açılış musiqisi olan "Makura no Danshi" mahnısının yazarı Masayoşi Oişi, səsləndirən isə Natsuki Hanaedir.[1][5]

Teleyayım və buraxılış

[redaktə | mənbəni redaktə et]

Anime 13 iyul 2015-ci ildən Tokio MX və SUN-TV telekanallarında yayımlanmağa başlamışdır.[1][5] Serial DVD şəklində 27 noyabr 2015-ci ildə işıq üzü görmüşdür. DVD versiyasına bir neçə yayımlanmayan seriya da daxil edilmişdir.[6] Anime Comic Earth Star Crunchyroll tərəfindən ABŞda, Kanadada, Mərkəzi və Cənubi Amerikada, Böyük Britaniyaİrlandiyada, Skandinaviya ölkələrində, Hollandiyada, CAR-da, AvstraliyaYeni Zelandiyada eyni vaxta yayımlanmışdır.[7][8]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Yayım tarixi
1 "Merri."
(めりぃ) 
13 iyul 2015
2 "Tanaka Sousuke."
(田仲聡輔) 
20 iyul 2015
3 "Hanamine Kanade."
(花嶺 奏) 
27 iyul 2015
4 "Kicinami Eyci."
(雉子波 瑛治) 
3 avqust 2015
5 "Emori Teodor Ryūshi."
(永守・T・隆士) 
10 avqust 2015
6 "Maiki Yū."
(舞木 ユウ) 
17 avqust 2015
7 "Enokava Haruto."
(可愛川 晴人) 
24 avqust 2015
8 "Sasayama Nao."
(笹山 直央) 
31 avqust 2015
9 "Mochizuki Şirusu."
(望月 識) 
7 sentyabr 2015
10 "Çiqiri Yonaqa və Çiqiri Yayoi."
(千切 夜長 və 千切 夜宵) 
14 sentyabr 2015
11 "İida Yuiçiro"
(飯田 由一郎) 
21 sentyabr 2015
12 "Merri."
(めりぃ) 
28 sentyabr 2015
  1. 1 2 3 "Makura no Danshi 'Pillow Boys' Anime Unveils Cast, July 13 Premiere". Anime News Network. 18 June 2015. 6 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2015.
  2. "Makuranodanshi Pillow Boys TV Anime Casts Toshiyuki Morikawa". Anime News Network. 12 August 2015. 22 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2015.
  3. "Natsuki Hanae Is 1 of 12 Pillow Boys in Makura no Danshi TV Anime". Anime News Network. 1 May 2015. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2015.
  4. Komatsu, Mikikazu. "Earth Star Produces Subjective Viewpoint TV Anime "Makura no Danshi" for July Premiere". Crunchyroll. 1 May 2015. 31 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2015.
  5. 1 2 Chapman, Paul. ""Makura no Danshi" Cast & Theme Announcements". Crunchyroll. 18 June 2015. 3 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2015.
  6. "Makura no Danshi Pillow Boys DVD to Add Unaired Episode". Anime News Network. 14 July 2015. 21 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2015.
  7. Macias, Patrick. "Crunchyroll Adds "Makuranodanshi" Anime to Summer Lineup". Crunchyroll. 15 July 2015. 1 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2015.
  8. "Crunchyroll Streams Makuranodanshi Anime About Pillow Boys". Anime News Network. 15 July 2015. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]