Outbreak Company

Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha?, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎)İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır.

Outbreak Company
Birinci cildin üzlüyü (personaj: Myusel Foaran).
アウトブレイク・カンパニー 萌える侵略者
(Autobureiku Kanpanī: Moeru Shinryakusha)
azərb. Üsyan şirkəti: Moe işğalçısı
Janr komediya, fentezi, harem
Manqa
Manqakaİçiro Sakaki
RəssamYuuqen
NəşriyyatKodansha
DemoqrafiyaSeynen
Nəşr tarixi2 dekabr 20112 aCildlər 2018
Cildlər18
Manqa
Yazıçıİçiro Sakaki
RəssamKiri Kaciya
NəşriyyatKodansha
DemoqrafiyaSeynen
Nəşr tarixi7 noyabr 20127 noyabr 2014
Cildlər4
Anime
RejissorKey Oykava
SsenaristNaruhisa Arakava
BəstəkarKeyci İnay
StudiyaFeel
Digər lisenziyalar
Madman Entertainment
Sentai Filmworks
MVM Entertainment
KanalTBS, MBS, CBC, BS-TBS
Buraxılış tarixi3 oktyabr 201319 dekabr 2013
Seriyalar12 (seriya siyahısı)
  Anime və manqa portalı

Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur. Şiniçinin vəzifəsi otaku mədəniyyətini bu ölkədə yaymaq vvə işlədiyi şirkətin buradan gəlir əldə etməsi üçün şərait yaratmaqdır. Şiniçinin bu qəribə işi və yeni dünya onun həyatında dönüş nöqtəsi olur. Amma əslində işlər o qədər sadə deyildir.

Hadisələrin çox böyük hissəsi paralel dünyada baş verir. Burada insanlar, elflər, kərtənkələ adamlar, əjdahalar kimi mistik varlıqlar yaşayırlar. Müxtəlif dillərdə danışanların bir-birilərini başa düşməsi üçün sehirli üzüklərdən istifadə olunur. Paralel dünyada Yaponiya hökumətinin dostlaşdığı və Şiniçinin fəaliyyət göstərdiyi ölkə Müqəddəs Eldant İmperiyasıdır. Müqəddəs İmperiyasının monarxı 16 yaşlı Petralkadır. Müqəddəs Elkiya İmperiyasının şərqində Bahailm Krallığı yerləşir. Bahailm Krallığının Müqəddəs Eldant İmperiyası ilə arası pis olduğundan tez-tez casuslarını göndərir.

Əsas personajlar

[redaktə | mənbəni redaktə et]
Şiniçi Kano (加納 慎一, Kanō Shin'ichi?)
Səsləndirən: Natsuki Hanae, Maaya Uçida (uşaqlıq) (yapon), Tayler Qalindo (ingilis)
Franşizin baş qəhrəmanıdır. Şiniçi Kano hikikomoridir, tənha həyat tərzi keçirir. Həyat tərzindən qurtulmaq üçün iş axtarmağa başlayır və bir şirkətin testindən keçə bilir. Bundan sonra Müqəddəs Eldant İmperiyasında otaku mədəniyyətini yaymağa başlayır. Şiniçi otaku fanatıdır, eləcə də, dürüst və səmimi adamdır.
Myusel Foaran (ミュセル・フォアラン, Myuseru Foaran?)
Səsləndirən: Suzuko Mimori (yapon), Culetta Simmons (ingilis)
Myusel Şiniçinin Müqəddəs Eldant İmperiyasındakı qulluqçusudur. O, yarı elf, yarı insandır və buna görə də Eldant İmperiyasında ona həqarətlə yanaşırlar. Lakin Şiniçi onun bu xüsusiyyətini nəzərə almadan Myusel ilə dostlaşır və ona yapon dilini öyrədir. Onun dostyanə davranışına cavab olaraq Myusel Şiniçiyə aşiq olur və onun ən yaxın dəstəkçisinə çevrilir. Myusel Eldant ordusunda təlim gördüyündən həm də güclü sehrbazdır.
III Petralka Anna Eldant (ペトラルカ・アン・エルダント三世, Petoraruka An Erudanto Sansei?)
Səsləndirən: May Fuçiqami (yapon), Kira Vinsent-Devis (ingilis)
Balaca uşaq görkəminə baxmayaraq 16 yaşı var və Eldant İmperiyasının monarxıdır. Petralka Şiniçi ilə qarşılaşandan sonra ona yaxınlaşır və Şiniçinin ona manqa oxuması üçün mütəmadi olaraq onu ziyarət etməyə başlayır. Nəticədə, Petralkanın Şiniçiyə qarşı bəslədiyi hislər dərinləşir. Petralka Şiniçiyə olan yaxınlığına görə Myuseli qısqanır və Myuselə öyrətdiyi kimi Şiniçidən ona yapon dilini öyrətməsini istəyir.

Digər personajlar

[redaktə | mənbəni redaktə et]
Minori Koqanuma (古賀沼 美埜里, Koganuma Minori?)
Səsləndirən: Maaya Uçida (yapon), Jeneveva Simmons (ingilis)
Yaponiya Özünü Müdafiə Qüvvələrinin üzvüdür. Şiniçiyə Eldant İmperiyasında otaku mədəniyyətini yaymaqda kömək edir. Minori də otakudur, lakin o fucoşidir, yəni kişilər arasındakı sevgi münasibətlərindən bəhs edən anime və manqaları sevir. Ən böyük fentezisi Şiniçini Qarius ilə birlikdə təsəvvür etməkdir.
Elbiya Hanayman (エルビア・ハーナイマン, Elbia Hānaiman?)
Səsləndirən: Sumire Uesaka (yapon), Sara Ornelas (ingilis)
Elbiya qurd adamdır. İlk olaraq onun Bahailm Krallığının casusu hesab edilir. Elbiyanın Şiniçiyə qarşı hisləri vardır. Şiniçinin şəxsi rəssamıdır.
Cinzaburo Matoba (的場 甚三郎, Matoba Jinzaburō?)
Səsləndirən: Keyci Fucivara (yapon), Endi Makevin (ingilis)
Şiniçiyə otaku mədəniyyətini Müqəddəs Eldant İmperiyasında yaymaq vəzifəsini verən Yaponiya hökumətinin nümayandəsidir.
Qarius En Kordbal (ガリウス・エン・コルドバル, Gariusu En Korudobaru?)
Səsləndirən: Şinichiro Miki (yapon), Kris Petton (ingilis)
Petralkanın xalaoğlusu və cəngavəridir. Petralka və Qariusun ailələri uzun müddət taxt-tac uğrunda vuruşmuşdurlar və mübarizə qarşılıqlı ölümlərlə başa çatmışdır və uşaq olmasına baxmayaraq taxt-tacı Petralkaya buraxmışdır. Minorinin təsiri ilə Qarius oğlanlar arasındakı sevgidən bəhs edən manqalara maraq göstərməyə və Şiniçi ilə maraqlanmağa başlayır.

"Outbreak Company" ranobe seriyası İçiro Sakaki tərəfindən yazılır və Yuuqen tərəfindən çəkilir. Ranobe seriyasının ilk romanı 2 dekabr 2011-ci ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko[1] imprinti altında nəşr olunmuşdur. 2 avqust 2017-ci[2] ilə qədər isə 18 cildi çapdan çıxmışdır. Ranobe seriyası Sharp Point Press tərəfindən Tayvanda nəşr olunur.[3]

Kiri Kaciyanın illüstratorluğu ilə istehsal olunan manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 7 noyabr 2012-ci ildən 7 noyabr 2014-cü ilə kimi nəşr olunmuşdur.[4][5] İlk tankobon cildi 2 sentyabr 2013-cü ildə çap olunmuşdur.[6] 7 yanvar 2015-cü ilə qədər 4 tankobon cildi işıq üzü görmüşdür.[7]

Feel studiyası tərəfindən Key Oykavanın rejissorluğu ilə[8] çəkilmiş anime adaptasiyası 3 oktyabr 2013-cü ildən 19 dekabr 2013-cü ilə kimi TBS, daha sonra MBS, CBC, BS-TBS kanallarında göstərilmişdir. Şimali Amerikada animeni Crunchyroll yayımlamışdır.[9] Açılış mahnısı Suzuko Mimori tərəfindən ifa olunan "Univer Page" (ユニバーページ, Yunibā Pēji?, azərb. "Universitet səhifəsi"‎) mahnısı, bağlanış mahnısı isə May Fuçiqami tərəfindən ifa olunan "Watashi no Hōsekibako" (私の宝石箱?) mahnısıdır. Sentai Filmworks anime serialını yayımlamaq hüququ əldə etmiş,[10] onu 3 mart 2015-ci ildə Blu-ray və DVD formatlarında buraxmışdır.

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Yayım tarixi
1 "Mən başqa dünyaya endim"
"Kigatsukeba Isekai" (気が付けば異世界) 
3 oktyabr 2013
Otaku olan Şiniçi Kano bir şirkətin otaku axtardığını görür və onlayn testə qatılır. Testi keçdikdən sonra şirkətin əməkdaşı ilə görüşən Şiniçini qaçıraraq alternativ dünyada yerləşən Müqəddəs Eldant İmperiyasına gətirirlər. Ona Eldantda otaku mədəniyyəti yaymaq missiyası verilir. 
2 "M-Mən bunu daha yaxşı izləmək istəyirəm"
"Moeru Osewagakari" (萌えるお世話係) 
10 oktyabr 2013
Şiniçinin qəribə davranışları Müqəddəs Eldant İmperiyasının diqqətini çəkir və onu mütəmadi olaraq ziyarət etməyə başlayır. Şiniçi yarı elf, yarı insan olan xidmətçi Myusel Foarana yapon dilini öyrətməyə davam edir, bu isə Petralkanın qısqanclığına səbəb olur. 
3 "İşğalçılar adından"
"Nanji no Na wa Shinryakusha" (汝の名は侵略者) 
17 oktyabr 2013
Petralkanın dəstəyi ilə Şiniçi otaku mədəniyyətini Eldantda yaymaq üçün məktəb açır. Lakin buna qarşı gələn terror qruplaşması məktəbə basqın edir və Şiniçi ilə dostlarını təhlükəyə salır. 
4 "Tüklü casus"
"Kemono na Supai" (ケモノなスパイ) 
24 oktyabr 2013
Myusel yaralarına görə bir müddətlik istirahətə çıxır, bu zaman Şiniçi möhtəşəm şəkil çəkmək qabiliyyətinə malik qurd adam Elbiya Hanayman ilə qarşılaşır. Lakin Elbiya şərqdə yerləşən Bahailm Krallığının casusu olmaqda şübhələnir və həbs olunur. Şiniçi son anda Petralkanı Elbiyanı özünün şəxsi rəssamı olması üçün yola gətirə bilir. 
5 "Bu, doğrudan da, başqa dünyadır"
"Hontō ni Betsu no Sekai" (本当に別の世界) 
31 oktyabr 2013
Elbiya Şiniçinin malikanəsinə köçür, lakin davranışları qəribələşir və Şiniçi Elbiyanın onu öldürmək istədiyini zənn edir. Amma onun əsl niyyətindən xəbəri yoxdur. 
6 "Futbol... Futbol?"
"Sakkā... Sakkā?" (サッカー……サッカー?) 
7 noyabr 2013
Elflər ilə cırtdanların arasını düzəltmək üçün Şiniçi onlar arasında futbol matçı təşkil edir. Lakin bu oyun əsl döyüşə çevrilir. 
7 "Yaponiyada xidmətçi"
"Meido in Japan" (メイド イン ジャパン) 
14 noyabr 2013
Şiniçi Yaponiya hökumətindən icazə alaraq manqa məhsulları almaq üçün qısa müddətliyinə Yaponiyaya qayıdır. Myusel gizlicə onunla gəlir. Şiniçi Myuseli bütün günü yaşadığı şəhəri gəzdirir. 
8 "Onun imperiya əzəmətinin gəmginliyi"
"Kōtei Heika no Yūutsu" (皇帝陛下の憂鬱) 
21 noyabr 2013
Gündəlik işlərdən bezən hökumdar Petralka özünü otağa bağlayır və işləri bir qırağa atır. Şiniçi ona hikikomori olmağın qaydalarını başa salır. Hikikomori olmağın mənfi tərəflərini görən Petralka yenə vəzifəsinə qayıdır. 
9 "Ölünün çimərlik geyimi"
"Mizugi no Mokushiroku" (水着の黙示録) 
28 noyabr 2013
Minori bir neçə günlük tətil əldə edir. Şiniçi Minori, Elbiya və Myuseli çimərliyə aparmağa qərar verir. Onlar çimərlikdə əyləncəli anlar keçirirlər, lakin dəvətsiz qonaqların onları gizlicə güddüklərini başa düşürlər. 
10 "Sehirli qız Petralka"
"Mahō Shōjo Petoraruka" (魔法少女ペトラルカ) 
5 dekabr 2013
Futbol matçının videosunun Yaponiyada səhvən yayımlanmasından sonra Yaponiya hökuməti Şiniçidən kömək istəyir. Şiniçi həll yolu tapır: bunun YÖMQ tərəfindən çəkilmiş bir fentezi filminin bir hissəsi olduğunu göstərmək qərarına gəlir və filmin çəkilişləri başlayır. Petralka baş rola dəvət olunur. 
11 "Səssiz və dərindən"
"Fukaku Shizuka ni Inbō Seyo" (深く静かに陰謀せよ) 
12 dekabr 2013
Şiniçi otaku mədəniyyətini Eldantda yaymağa dəvət edərkən otaku mədəniyyətinin Eldantda bəzi konfliktlərə səbəb olduğunu müşahidə edir. Tezlikdə Şiniçi otaku mədəniyyətinin yayılmasında Yaponiyanın əsl məqsədini anlayır: Yaponiya otaku mədəniyyəti ilə Eldantı özündən asılı vəziyyətə salmağa çalışır. 
12 "İşğalçılara atəş aç!"
"Shinryakusha o Ute!" (侵略者を撃て!) 
19 dekabr 2013
Şiniçinin manqa və animeləri elə Eldantda istehsal etmək təklifindən sonra Yaponiya hökuməti onu öldürməyə çalışır. İki uğursuz cəhddən sonra Şiniçi Petralka ilə Yaponiya hökumətinin səlahiyyətli şəxsi arasında danışıq təşkil edir və Eldant İmperiyasında vəzifəsinə davam etmək icazəsi alır. 

Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 7-ci "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (81 səs).[11]

  1. アウトブレイク・カンパニー 萌える侵略者1 (Japanese). Kodansha. December 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2014.
  2. アウトブレイク・カンパニー 萌える侵略者18 (Japanese). Kodansha. December 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2023.
  3. "萌萌侵略者 OUTBREAK COMPANY(01)" (Chinese). Sharp Point Press. May 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2013.
  4. "Good! Afternoon Manga Magazine Goes Monthly". Anime News Network. September 7, 2012. April 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2013.
  5. "Outbreak Company Manga to End". Anime News Network. November 9, 2014. November 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2014.
  6. アウトブレイク・カンパニー 萌える侵略者(1) (Japanese). Kodansha. September 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2013.
  7. アウトブレイク・カンパニー 萌える侵略者(4) (Japanese). Kodansha. October 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2023.
  8. "Outbreak Company Anime's Promo Video Streamed". Anime News Network. September 6, 2013. May 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
  9. "Crunchyroll to Stream Fantasy Anime Outbreak Company". Anime News Network. October 2, 2013. January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2013.
  10. "Sentai Filmworks Adds Outbreak Company Anime". Anime News Network. October 15, 2013. January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2013.
  11. "Başka Dünyada Geçen En İyi Animeler". Anime Fantastica (türkcə). 19 avqust 2016. 25 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]